Azad edilmiş torpaqlardan Zahid Oruca tarixi dəstək - Bütöv Azərbaycanda bir ilk yaşanır
08:32 08.01.2024
Siyasət
286
7 fevralda keçiriləcək prezident seçkiləri bir çox tarixi ilklərlə fərqlənir.
Müstəqil Azərbaycan dövlətçiliyinin tarixində ilk dəfə prezident seçkiləri tam formada suveren ölkəmizin bütün ərazisində keçiriləcək. Azad edilmiş torpaqların əsil sahibləri öz doğma yurdlarında- Xankəndində, Kəlbəcərdə, Şuşada, Qubadlıda, Laçında, Ağdamda, Füzulidə - bütün Qarabağda konstitusion hüquqlarından ilk dəfə istifadə edəcəklər.
Keçmiş məcburi köçkünlər ilk dəfə olaraq, yeni statusda azad torpaqlarda qalib ölkənin-Qalib Azərbaycanın prezidentini seçəcək.
Otuz il boyunca, hətta Ermənistanın belə tanımadığı qondarma seçki şouları keçirilən ərazilərdə ilk dəfə beynəlxalq hüquqla qəbul edilən, legitim, qanuni seçkilər baş tutacaq. Artıq tarixi torpaqlarımızda 9 seçki dairəsi üzrə 26 seçki məntəqəsi yaradılıb və 3 minə yaxın seçici səs verəcək.
Seçkilərlə bağlı daha bir ilk - prezidentliyə namizədlərin imzatoplama kampaniyasında Böyük Qayıdışı reallaşan qarabağlıların da iştirak etməsidir. Prezidentliyə namizəd Zahid Oruca öz imzası ilə dəstək verənlər arasında Qarabağın azad edilmiş 3 rayonunda məskunlaşan sakinləri də var.
Bu barədə Sherg.az-a Zahid Orucun seçki qərargahından məlumat verilib.
Bildirilib ki, onlar Kəlbəcər, Füzuli və Ağdam sakinləridir.
Prezidentliyə namizəd Zahid Oruc ona imzaları ilə dəstək verən hər bir sakinə təşəkkürünü bildirib. O, seçki hüquqlarını, imza qərarlarını nəhayət, ilk dəfə azad torpaqlarda gerçəkləşdirməsi münasibəti ilə onları təbrik edib. Azad edilmiş torpaqlara qayıdan və qayıdacaq bütün keçmiş məcburi köçkünləri, xalqımızı 7 fevral tarixində keçiriləcək seçkilərdə fəallığı ilə ümumxalq həmrəyliyinin, birliyinin və səfərbərliyinin önündə yer alacağına əmin olduğunu bildirib.
Məlum olduğu kimi, Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 6-da Zahid Orucun prezidentliyə namizədliyi rəsmən qeydə alınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm