Azərbaycan-İran münasibətləri müsbət tendensiyada inkişaf edir -AÇIQLAMA
13:32 20.05.2024
Siyasət
383
İran Prezidenti İbrahim Rəisi helikopter qəzasında həlak olub. Helikopterdə İran Prezidenti İbrahim Rəisidən başqa, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Təbrizin imamı Seyid Məhəmməd Əl Haşim, Şərqi Azərbaycan valisi Malik Rəhməti, Sərdar Seyid Mehdi Musəvi, Prezidentin Mühafizə Birliyinin komandiri və bir sıra mühafizəçilər və ekipaj üzvləri olub.
İranın xəbər agentliyinin məlumatına görə, helikopterin qəzaya uğramasına “uyğun olmayan hava şəraiti" səbəb olub.
Azərbaycan Prezidenti İlham Əliyev İbrahim Rəsinin, İranın xarici işlər naziri və helikopterdəki digər şəxslərin faciəli surətdə həlak olması xəbərindən sarsıldığını bildirib.
“Seyid İbrahim Rəisinin simasında İran xalqı bütün həyatını ölkəsinə fədakarlıqla və sədaqətlə xidmət etmiş görkəmli dövlət xadimini itirdi. Onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaq”,- o, İranın Ali dini lideri Ayətullah Xameneyinə göndərdiyi başsağlığı məktubunda bildirib.
Politoloq Tural İsmayılov "Sherg.az"a açıqlamasında bildirib ki, Prezident İlham Əliyev İranda baş verən hadisə ilə bağlı dərin təəssüfünü bildirən ilk xarici ölkə rəhbəridir:
"İranda baş verən hadisə dərin bir faciədir. Azərbaycan və İran arasındakı münasibətlər son dövrdə müsbət tendensiyada inkişaf edir. İkitərəfli münasibətlərdə də aylar öncə baş verən böhran artıq aradan qalxıb. Hazırda həm Azərbaycan, həm də İran tərəfindən qarşılıqlı münasibətlərin inkişafı üçün müsbət açıqlamalar verilir. Hesab edirəm ki, ölkə rəhbərlərinin görüşü ikitərəfli münasibətlərdə inkişafın əsas nümunəsidir".
Analitik əlavə edib ki, Azərbaycanın reallaşdıracağı Ağbənd yolu regionları birləşdirən əsas nəqliyyat-tranzit yollardan biri olacaq:
"Oradan Türkiyəyə və İran vasitəsilə Fars körfəzinə yüklərin daşınması həyata keçiriləcək. Qarşıdan gələn dövrdə dəmir yolunun da çəkilməsi nəzərdə tutulur. Bu isə bütövlükdə ölkələrin və regionun iqtisadiyyatına mühüm töhvə verəcək. Artıq tərəflər arasında Azərbaycan səfirliyinin yazın aylarda açılması ilə bağlı razılıq da əldə edilib. Hesab edirəm ki, qarşıdakı dövrdə Azərbaycan İranla münasibətlərini inkişaf etdirmək istiqamətində öz siyasətini səylə davam etdirəcək".
Oxşar xəbərlər
Türkiyə səfiri: "Azərbaycanla münasibətlərimiz tarixdə ən yüksək mərhələni yaşayır"
16:00 11.05.2026
İlham Əliyev: "44 gün ərzində bizə təzyiq göstərənlər arasında nüvə dövlətləri var idi"
14:20 10.05.2026
Xəbər lenti
Hamısına bax
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm