Azərbaycan və Gürcüstanın Baş nazirlərinin görüşü olub - YENİLƏNİB
Yusif Nəzərli
10:40 16.03.2024
Siyasət
468
Martın 16-da Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında görüş keçirilib.
Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyəsindən məmnunluq ifadə olunub.
İki ölkə arasında fəal siyasi dialoqun aparıldığı, Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədikləri vurğulanıb.
İqtisadi əməkdaşlığın yaxşı dinamikaya malik olduğu məmnunluqla qeyd edilib.
Bildirilib ki, Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkələrdən və onun əsas ticarət tərəfdaşlarından biridir.
Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələri uğurlu regional əməkdaşlıq nümunəsi kimi səciyyələndirilib.
Bu kontekstdə Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti xüsusi vurğulanıb.
Eyni zamanda Azərbaycan və Gürcüstanın iştirakı ilə yaradılmaqda olan Avropaya yaşıl enerji körpüsünün bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyinə əlavə töhfə verəcəyinə əminlik ifadə olunub.
Nəqliyyat-tranzit sahəsi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi dəyərləndirilib. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyəti vurğulanıb.
Həmçinin Orta Dəhlizin inkişaf etdirilməsi istiqamətində birgə atılan addımların önəmi vurğulanıb.
Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə açılan yeni əməkdaşlıq imkanlarına toxunulub, Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpasının yük daşımalarının artmasına xidmət edəcəyinə və bütün region ölkələrinə iqtisadi cəhətdən əhəmiyyətli fayda verəcəyinə əminlik ifadə olunub.
Mədəni-humanitar sahədə əməkdaşlığın dinamikası təqdir edilib. Bu əməkdaşlıq Azərbaycan-Gürcüstan dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə, iki xalqın bir-birinə daha da yaxınlaşmasına mühüm töhfə verir.
Bununla yanaşı, ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün hələ istifadə olunmamış geniş potensialın olduğu məmnunluqda qeyd edilib.
Bu imkanların reallaşdırılması baxımından Baş nazirlərin həmsədrləri olduqları Birgə hökumətlərarası komissiya mühüm platforma kimi dəyərləndirilib.
Ə.Əsədov Azərbaycan-Gürcüstan əlaqələrinin inkişaf dinamikasını və əməkdaşlığın geniş gündəliyini nəzərə alaraq Komissiyanın 10-cu yubiley iclasının yaxın aylarda Bakı şəhərində keçirilməsini təklif edib, bununla əlaqədar İ.Kobaxidzeni Azərbaycana səfərə dəvət edib.
Gürcüstanın Baş naziri dəvəti məmnunluqla qəbul edib.
Görüşdə iki ölkə arasında əlaqələrin ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, humanitar və qarşılıqlı maraq doğuran bir çox digər istiqamətlərdə inkişaf perspektivləri müzakirə olunub.
***
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə görüşüb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Baş nazirinin mətbuat xidməti yayıb. Bildirilib ki, tərəflər arasında söhbətin əsas mövzuları iki ölkə arasında strateji tərəfdaşlığının vacib istiqamətləri, o cümlədən çoxtərəfli formatlarda uğurlu əməkdaşlıq olub.
Bildirilib ki, Əli Əsədov İrakli Kobaxidzeni Gürcüstanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və hökumət başçısı kimi onun Bakıya ilk rəsmi səfərinin əhəmiyyətini vurğulayıb.
Görüşdə ticarət-iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinə və birgə regional layihələrə də diqqət yetirilib, "Orta dəhlizin" yüklərin daşınması baxımından əhəmiyyəti qeyd edilib.
"Tərəflər iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsində iki ölkənin hökumətlərarası iqtisadi komissiyasının xüsusi rolundan danışıb və görüşün yaxın vaxtlarda keçirilməsinin planlaşdırıldığını qeyd ediblər",- məlumatda bildirilib.
Həmçinin, regionda sabitliyin və sülhün bərqərar olunmasının xüsusi əhəmiyyəti və bu prosesdə konstruktiv dialoqun rolu vurğulanıb.
Baş nazir Kobaxidze Gürcüstan hökumətinin Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi prosesinə töhfə verməyə davam etməyə hazır olduğunu təsdiqləyib.
Söhbət zamanı İrakli Kobaxidze Əli Əsədovu Gürcüstana rəsmi səfərə dəvət edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiyaya görə çağırış etdi
13:57 13.07.2026
Dünya
Kreml: Rusiyanın heç kimə heç nə sübut etmək niyyəti yoxdur
13:55 13.07.2026
Gündəm
İctimai birlik Şabranda yeni layihənin icrasına başlayıb
13:28 13.07.2026
Ölkə
Binəqədidə civə satmaq istəyənlər saxlanılıblar
13:21 13.07.2026
Hadisə
Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq - SABAHIN HAVASI
13:17 13.07.2026
Ekologiya
Lavrov Tehrana səfər edəcək
12:34 13.07.2026
Region
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
12:10 13.07.2026
Rəsmi
İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur
12:04 13.07.2026
Rəsmi
Moskvaya doğru 350 PUA buraxıldı
11:57 13.07.2026
Dünya
Ağrı dağında itkin düşən qadından acı xəbər
11:39 13.07.2026
Hadisə
Kallas: Aİ Gürcüstan hökumətini dəstəkləmək istəmir
11:21 13.07.2026
Gündəm
Həkim meduza yanığı zamanı nə etmək lazım olduğunu açıqlayıb
10:51 13.07.2026
Sağlamlıq
Bakıda baş verən yanğında 3 nəfər zəhərləndi
10:35 13.07.2026
Hadisə