Azərbaycan və Yaponiya arasında siyasi məsləhətləşmələr keçirilib
Yusif Nəzərli
06:26 24.05.2024
Siyasət
271
20-24 may 2024-cü il tarixlərində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov Yaponiyaya səfər edib.
XİN-dən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Yaponiya Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Yaponiya xarici işlər nazirinin köməkçisinin müavini, Yaponiya Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi, səfir Masaki İkeqami rəhbərlik edib.
Siyasi məsləhətləşmələr zamanı ticari-iqtisadi, turizm, energetika, regionlararası əməkdaşlıq, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub. İki ölkə arasında mühüm neft və qaz layihələrində əməkdaşlıq müsbət dəyərləndirilib, hər iki ölkənin yaşıl enerjinin istismarı yönündə hədəfləri nəzərə alınmaqla, bu sahədə birgə fəaliyyət perspektivləri nəzərdən keçirilib. Yapon şirkətləri “ağıllı şəhər”, “ağıllı kənd”, o cümlədən “Yaşıl Enerji Zonaları” konsepsiyalarının həyata keçirilməsində yaxından iştirak etməyə dəvət olunub.
Bundan başqa, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizləri, xüsusən də Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi barədə müzakirələr aparılıb.
Bundan başqa, səfər çərçivəsində nazir müavini Elnur Məmmədov ilə Yaponiya Nazirlər Kabinetinin baş katibinin müavini Hideki Muray, Yaponiya Beynəlxalq Münasibətlər İnstitutunun (JIIA) Prezidenti səfir Keniçiro Sasae və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin rəhbəri, ITOCHU şirkətinin xarici əlaqələr üzrə vitse nümayəndəsi Masahiro İmai, həmçinin Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri Akira Amari və Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Yoiçi Fukazava arasında görüşlər keçirilib, ikitərəfli münasibətlərin gedişatı və gələcək təfədaşlıq imkanları barədə müzakirələr aparılıb.
Qarşı tərəf Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə məlumatlandırılıb. Həmçinin, nazir müavini Elnur Məmmədov görüşlər zamanı Yaponiya tərəfinə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Sədrliyi çərçivəsində Azərbaycanın fəaliyyəti barədə məlumat verib və Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Yoiçi Fukazavaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən cari ilin 12-13 noyabr tarixlərində COP29-a start verəcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirak ilə bağlı Yaponiyanın Baş naziri Fumio Kişidaya ünvanlanmış dəvət məktubunu təqdim edib.
Yaponiya səfəri zamanı Elnur Məmmədov tanınmış “JIJI Press” xəbər agentliyinə müsahibə verib.
Oxşar xəbərlər
Türkiyə səfiri: "Azərbaycanla münasibətlərimiz tarixdə ən yüksək mərhələni yaşayır"
16:00 11.05.2026
İlham Əliyev: "44 gün ərzində bizə təzyiq göstərənlər arasında nüvə dövlətləri var idi"
14:20 10.05.2026
Xəbər lenti
Hamısına bax
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət