Azərbaycanda malın gömrükdən buraxılmasına dair müraciətə 1 günə baxılması məsələsi təsdiqlənib
Yusif Nəzərli
10:17 16.12.2022
Siyasət
500
Milli Məclis Azərbaycanda “Gömrük tarifi haqqında” qanuna uyğun olaraq malların buraxılışı ilə bağlı gömrük orqanına daxil olan müraciətə 1 gün müddətində baxılması ilə bağlı Gömrük Məcəlləsinə təklif olunan dəyişiklik layihəsini I oxunuşda qəbul edib.
"Report" xəbər verir ki, sənədə əsasən, aşağıdakı tələblərin yerinə yetirildiyi müəyyənləşdirildikdən dərhal sonra gömrük orqanı malların buraxılışını həyata keçirir:
- gömrük orqanına təqdim edilən bəyannamə üzrə hesablanmış gömrük ödənişləri ödənilməli;
- gömrük orqanı tərəfindən təqdim olunmuş bildirişdəki düzəlişlərin edilməsi nəticəsində yarana biləcək əlavə gömrük borcuna görə təminat verilməli;
- bəyan olunmuş malların buraxılışının həyata keçirilməsi üçün müəyyən edilmiş digər tələblər yerinə yetirilməlidir.
Bundan başqa, qanun layihəsində deyilir ki, buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim olunduğu andan ən geci 24 saat müddətində bəyannaməçiyə təqdim edilməlidir. “Gömrük tarifi haqqında” qanuna uyğun olaraq bəyannaməçinin müraciəti əsasında malların buraxılışının həyata keçirilməsi üçün tələb olunan təminatın məbləği həmin bəyannaməçi tərəfindən gömrük orqanına təqdim edilən bəyannamədə hesablanmış və ödənilmiş gömrük ödənişləri nəzərə alınmaqla, gömrük orqanı tərəfindən təqdim edilmiş bildirişdəki düzəlişlər nəticəsində yarana biləcək əlavə gömrük borcunun ən yüksək səviyyəsində müəyyənləşdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstanda baş verən zəlzələ Ermənistanda hiss olunub
19:04 25.07.2026
Hadisə
Benzinlə bağlı bu qadağanın müddəti artırılacaq - Novak
18:36 25.07.2026
İqtisadiyyat
Husilər: Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edir
17:57 25.07.2026
Dünya
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
17:45 25.07.2026
Ekologiya
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə
Heç bir dövlətin sərvəti artıq təhlükəsiz olmayacaq - Burak Aydın
16:20 25.07.2026
Dünya
Bu universitet bağlanır? - Tələbələr narahatdır+VİDEO
16:08 25.07.2026
Elm və Təhsil
Əməkdar artisti ilan sancdı - Foto
16:06 25.07.2026
Hadisə
Özgür Özəlin YENİ Partiyasında rəhbər heyət formalaşdı
15:17 25.07.2026
Siyasət
Ukrayna Rusiyanın bir neçə vilayətinə PUA zərbələri endirib: 9 ölü
15:03 25.07.2026
Dünya