
“Azərbaycanla təhdid dilində danışmaq yolverilməzdir!”
Yusif Nəzərli
14:09 20.10.2021
Siyasət
913
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev oktyabrın 18-də Füzuli rayonunda səfərdə olub. Ölkə başçısı Füzuli ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Prezident görüş zamanı bir sıra mühüm məsələlərə diqqət çəkib:“Əsas vəzifəmiz gəncləri vətənpərvərlik ruhunda böyütməkdir. Çünki bu olmasa, bizim arzularımız yarımçıq olacaq. Vətənpərvərlik olsa, Vətənə bağlılıq olsa, heç bir qüvvə bizim qabağımızda dura bilməz”.Dövlət başçısı həmçinin qeyd edib: “Bizi həm müharibədən əvvəl, həm müharibə zamanı, həm də bəziləri müharibədən sonra hədələməyə çalışırdılar və çalışırlar. Amma bütün bu səylər puça çıxdı. Çünki heç kim bizim iradəmizi əyə bilməz. Biz qeyri-bərabər savaşa, qeyri-bərabər mübarizəyə hər an hazırıq, ölümə getməyə hazırıq, amma öz ləyaqətimizi, öz qürurumuzu, öz müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik. Bunu hər kəs bilsin”.

Ölkə başçısının söylədiklərini “Sherg.az”a dəyərləndirən millət vəkili Vüqar İskəndərov bildirib ki, cənab Prezident hər dəfə azad olunmuş rayonlarımıza səfər edərkən onun çıxışları həm ölkə daxili, həm də ölkə xaricində böyük rezonans doğurur:
“Çünki dövlət başçısı həmişə regionla bağlı maraqlı və aktual fikirlər söyləyir. Ali Baş Komandan müharibədən qabaqkı və müharibə dövründə bir çox ölkənin Azərbaycanla təhdid dilində danışdığını açıq şəkildə söyləməklə lazımi mesajlarını verdi. Lakin artıq Azərbaycan 1990-cı illərdəki Azərbaycan deyil, dövlətimiz iqtisadi və hərbi baxımdan güclüdür. Bu baxımdan Azərbaycanla təhdid dilində danışılması yolverilməzdir!”.
Parlament üzvü qeyd edib ki, Azərbaycan bölgədə və Avrasiya qitəsində yeni reallıq yaradan bir ölkədir:
“44 günlük Zəfərimiz də göstərdi ki, dövlətimiz onunla təhdid dilində danışan bütün ölkələrə cavab vermək iqtidarındadır.
Biz Vətən savaşı ilə dünyaya 5-ci nəsil müharibəni göstərdik və savaşın necə olduğunu sübut etdik. Dünyanın hərbi gücü olduqca inkişaf etmiş ölkələrinin bir çoxu ordumuzun taktikasını öyrənmək üçün ekspertlər göndərdilər. Füzuli və digər şəhərlərdə gedən quruculuq işləri həm iqtisadi gücümüz, həm də insan kapitalımızın nəyə qadir olduğunu dünyaya göstərməkdədir. Necə ki, 44 günlük müharibədə əsgər və zabitlərimizin vətənpərvərliyi, mərd və qorxmazlığını sübut etdik, artıq postmüharibə dövründə azad edilən bölgələrimizdəki quruculuq işlərinin aparılması da dövlətimizin gücünü göstərir. Füzuli Beynəlxalq Hava limanını misal çəkə bilərik.
Dünyada belə sürətlə inşa olunan hava limanının olduğunu şəxsən eşitməmişəm. Bunların hər biri dövlətimizin qüdrətindən xəbər verir.
Cənab Prezident də söylədi ki, Azərbaycan heç bir ölkədən çəkinmir və biz beynəlxalq ədalətin tərəfdarıyıq, ordumuz beynəlxalq hüququn normalarına riayət edərək tarixi ədaləti bərpa etdi. Yeni yaratdığımız reallıqlarla sülhün, inkişafın yanında olduğumuzu göstəririk. Bölgədəki yeni konfiqurasiya yalnız Azərbaycan üçün yox, bütün bölgə dövlətləri üçün önəmli və iqtisadi dvidentlər gətirəcək. Azad olunan ərazilərmizdə “Ağıllı rayon” və “Ağıllı kənd” layihələrini həyata keçirməyə başlamışıq.
Ölkə başçısı da qeyd etdi ki, evindən didərgin düşmüş vətəndaşlarımız yaxın zamanlarda doğma yurdlarına qayıdacaqlar. Hər birimizi “Böyük Qayıdış”ın şahidi olacağıq!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət