
Baş nazir ikinci cəbhə açır
Yusif Nəzərli
09:34 27.09.2022
Siyasət
563
Paşinyan Ermənistanı birdəfəlik Qərbə inteqrasiya etmək niyyətindədir
"Nikol Paşinyanın BMT-dəki çıxışı və Blinkenlə görüşləri onu deməyə əsas verir ki, o, yeni müharibənin başladılmasını və ardınca Rusiyanın Ermənistandan çıxarılmasını hədəfləyir". Bu barədə politoloq Zaur Məmmədov deyib. Ekspert bildirib ki, Paşinyan öz çıxışı ilə bütövlüklə Azərbaycanı dünya qarşısında "aqressor" kimi qələmə verib: "Çıxışı zamanı Paşinyan Azərbaycanı Ermənistan ərazisini işğal etməkdə günahlandıraraq Bakının sülhü hədəfləmədiyini qeyd edib.

ABŞ və Qərbin xoşuna gəlmək üçün son hadisələri Azərbaycanın Ermənistandakı demokratik suveren dövlət quruculuğunu boğmaq kimi dəyərləndirib. Eyni zamanda, bu fonda Rusiyanı fəaliyyətsizlikdə ittiham edib. Bu azmış kimi, Nikol sərhəddə monitorinqin aparılması üçün beynəlxalq müşahidəçilərin cəlb edilməsinin vacibliyinə toxunub. Paşinyan üçtərəfli bəyanatda Zəngəzura məhz dəhliz statusunun verilməsi ilə bağlı ifadənin olmamasını da bəyan edib".
Analitik qeyd edib ki, Paşinyanın Nyu-Yorkdakı çıxışı müharibə riskini artıran ifadələrlə yadda qaldı: "Ermənistan demarkasiya və dəhliz məsələsində nəticəyə hazır olmadığını sübut etmiş oldu. Halbuki, müxtəlif mənbələrin məlumatına görə, 9 noyabr tarixində yazılı şəkildə üçtərəfli bəyanat kimi öhdəlikdən başqa Paşinyanın Putinə verdiyi "kişi sözü" də var. Həmin şifahi razılaşmaya görə daxili auditoriyanı çaşdırmaq üçün Bəyanatda "maneəsiz" ifadəsi yer almışdı və anklavlar məsələsi ikinci versiyada sənəddən çıxarılmışdı. Paşinyan anklavlar da daxil olmaqla tez bir zamanda demarkasiyaya gedəcəyini və koridor statusunda Zəngəzur xəttini açaçağına söz vermişdi".
Z.Məmmədov vurğulayıb ki, Ermənistan öz ərazisində Rusiya faktorunu minimallaşdırmaq və ABŞ-ın Qafqazdakı əsas dayaq nöqtəsi olmasını hədəfləyir:
"Paşinyan verdiyi vədlərə əməl edilməməsinin həm Azərbaycan, həm də Rusiya tərəfindən cəzalandırılması riskini də çox yaxşı bilir. Beləcə, Ermənistan Azərbaycanın Naxçıvana və Göyçə gölünə qədər hərbi əməliyyatlar keçirməsinə zəmin və şərait yaradır. Xatırladım ki, 1920 -ci ildə "Ararat respublikası" SSRİ-nin tərkibinə daxil olarkən Qərbi Zəngəzur və Göyçə bölgələri Azərbaycan ərazisi idi və sərhəd xətti qərbdə idi. Hər halda son hadisələr ABŞ, Aİ, İran, Türkiyə, Rusiya arasında Qafqaz uğrunda mübarizəni qızışdırır və regionu qeyri-sabit nöqtəyə çevirir. Paşinyanın yürütdüyü siyasət qanların axıdılmasına yönəlib. O, ikinci cəbhə açaraq Ermənistanı birdəfəlik Qərbə inteqrasiya etmək niyyətindədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm