Baş prokuror: İlham Əliyevin apardığı siyasət nəticəsində Qarabağ münaqişəsinə son qoyuldu
Yusif Nəzərli
07:45 21.12.2023
Siyasət
475
Ali Baş Komandan İlham Əliyevin apardığı hərbi, diplomatik siyasət nəticəsində 30 ildən artıq davam edən Qarabağ münaqişəsinə artıq son qoyulub.
Bunu Baş prokuror Kamran Əliyev Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə və Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin 95 illiyinə həsr olunmuş “Hüquq elminin və təhsilinin müasir inkişaf tendensiyaları” mövzusunda beynəlxalq elmi konfransda deyib.
O bildirib ki, Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib, Qarabağda Azərbaycan bayrağı dalğalanır: “Bu il Prezident İlham Əliyevin siyasətə hakimiyyətə gəlişinin 20 ili tamam oldu. 15 oktyabrın 2023-cü ildə biz onun siyasi hakimiyyətə gəlişini qeyd etdik. Eyni zamanda işğaldan azad edilən ərazilərdə iri və çoxsaylı quruculuq, bərpa işləri sürətlə davam edir. Qarabağ günü-gündən gözəlləşir. Qarabağda həyat dirçəlir”.
Baş prokuror qeyd edib ki, Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Hüquq fakültəsinin əsas inkişaf istiqamətlərindən fakültəyə tələbə qəbulunda mövcud maneələrin aradan qaldırılması olub: "Ümummilli lider Heydər Əliyevə qədər Hüquq fakültəsinə daxil olanlar əsasən o dövrdə partiya və digər dövlət orqanlarının vəzifəli şəxslərinin övladları idisə, dahi lider bu bürokratik mexanizmi sındırdı, hüquq fakültəsini tamamilə xalqın fakültəsinə çevirdi. Əsas məsələlərdən biri də, o dövrdə hüquq təhsili və elmi sahəsində çalışan alimlərin milliləşdirilməsi olub".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi