Başqa yol qalmadı: Paşinyan danışıqlar masasına oturacaq
Başqa yol qalmadı: Paşinyan danışıqlar masasına oturacaq
Yusif Nəzərli
13:44 17.11.2021
Siyasət
509
“Dünən baş verən hadisələr də bu prosesi sürətləndirdi”
“Rusiya səy göstərsə, Paşinyan hansısa bir formada danışıqlar masasına əyləşəcək”
“Rəsmi Moskva istəyir ki, prosesdə əsas qüvvə özü olsun”
“Hadisələrin bu şəkildə davam etməsi bir neçə görüş olacağını və tərəflər arasında sazişlərin mərhələli şəkildə imzalanacağını göstərir”
“9 noyabr tarixində Azərbaycan Ermənistan və Rusiya dövlət başçılarının görüşü planlanlaşdırılırdı. Ermənistan ictimaiyyəti buna imkan vermədi. Bundan sonra sərhəddə silsilə təxribatlar başladı”.
Bu sözləri “Sherg.az”a sərhəddəki təxribatları şərh edərkən politoloq Azər Rəşidoğlu “Sherg.az”a deyib. O qeyd edib ki, rəsmi İrəvanda daxili vəziyyət o qədər gərginləşdi ki, Nikol Paşinyan müdafiə nazirini dördüncü dəfə dəyişdi:
“Bu baş verməkdə olan prosesləri müsbət istiqamətə yönəldə bilmədi. Güman edirəm ki,Ermənistan danışıqlar masasına oturmağa hazır deyil. Onu narahat edən əsas məsəslə Zəngəzur dəhlizinin açılmasıdır”.
A.Rəşidoğlu rəsmi İrəvanın kommunikasiyaların açılmasına tərəfdar olsa da, Zəngəzur dəhlizi məsələsində hələ də razılığa gələ bilmədiyini vurğulayıb:
“Görünür, bu məsələdə əsas aparıcı qüvvənin Rusiya olduğunu nəzərə alaraq Paşinyan faktiki olaraq Kremlə qarşı çıxır. Fikrimcə, son günlər törədilən təxribatlar birbaşa Rusiya tərəfindən idarə olunub. Son döyüşlər rəsmi İrəvanın danışıqlar masasına oturmaqdan başqa yolunun qalmadığını göstərir. Dünən baş verən hadisələr də bu prosesi sürətləndirdi. Rusiya səy göstərsə, Paşinyan hansısa bir formada danışıqlar masasına əyləşəcək. Rəsmi Moskva istəyir ki, prosesdə əsas qüvvə özü olsun. Hadisələrin bu şəkildə davam etməsi bir neçə görüş olacağını və tərəflər arasında sazişlərin mərhələli şəkildə imzalanacağını göstərir”.
Politoloq sonda hazırda yekun sülh imzalanmasının real görünmədiyi diqqətə çatdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağa qayıdanları yeni iş yerləri gözləyir" - Tural Gəncəliyev
18:53 28.07.2026
Futbol
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm
"İdxal olunan panko zəhərləyə bilər" - Ekspertdən XƏBƏRDARLIQ
16:57 28.07.2026
Sağlamlıq
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
16:41 28.07.2026
Hadisə
Miqrasiya Xidməti yeni qaydanın icrasına başladı
16:33 28.07.2026
Aktual
İtaliya NATO-ya hər il 450 milyon avro ödəyir
16:23 28.07.2026
Dünya
Ermənistanın birinci xanımını bu çıxışından sonra hədələdilər
15:52 28.07.2026
Region
HƏMAS nümayəndə heyəti Misirdə səfərdədir
15:38 28.07.2026
Dünya