
Bərabərhüquqlu Əliyev, itaətkar Avropa: Oval kabinet reallığı çılpaqlığı ilə üzə çıxardı
12:04 21.08.2025
Siyasət
554
ABŞ Prezidenti Donald Trampın Ukrayna rəhbəri V. Zelenski və Avropa liderləri ilə Vaşinqtonda keçirdiyi görüş və görüşdən yayılan fotokadrlar geniş müzakirələrə səbəb olub. Qeyd edək ki, tədbirdə NATO Baş katibi Mark Rütte, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Almaniya kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corcia Meloni və Finlandiya Prezidenti Aleksandr Stubb iştirak ediblər.
Diqqətçəkən məqamlardan biri liderlərin oturuş qaydası, daha dəqiqi, ABŞ prezidentinin Avropa liderlərinə münasibətdə sərgilədiyi davranış olub. Sosial şəbəkələrdə yayılan fotolar “Avropada liderlik böhranı”, “Avropanın zəifləməsi” kimi başlıqlarla şərh olunub.
Trampın Avropa liderləri ilə görüşü zamanı yaranan mənzərə də Avropa siyasi elitasında dərin liderlik çatışmazlığının, hətta müəyyən mənada çöküş əlamətlərinin mövcud olduğunu göstərir. ABŞ prezidenti sanki Avropa liderlərini qarşısına alaraq onlara dərs keçirmiş kimi görünürdü.
Müqayisə üçün Prezident İlham Əliyevin Donald Tramp ilə görüşünü xatırlamaq kifayətdir. Həmin görüşdə Cənab Prezidentin davranışı, oturuşu və mövqeyi tam bərabərlik, qarşılıqlı etimad və tərəfdaşlıq üzərində qurulmuşdu. Bu da Azərbaycanın siyasi liderliyinin gücünü, dövlət başçısının möhkəm duruşunu və nüfuzunu aydın şəkildə ortaya qoyurdu.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Sherg.az-a bildirib ki, ABŞ Prezidenti Donald Trampın Avropa liderləri ilə görüşü uzun müddətdir hər kəsin şahidlik etdiyi bir reallığı çılpaqlığı ilə üzə çıxardı:

"Aralarında nüvə silahına sahib böyük dövlətlərin rəhbərlərinin qatıldığı görüşdən bir daha aydın oldu ki, Avropa, sözün əsl mənasında, lider problemi yaşayır. Məhz bu mənəvi-siyasi deqradasiya nəticə etibarilə Fransanın timsalında Qoca qitənin beynəlxalq hüquq subyektlərinin və Avropa Parlamentinin timsalında Avrostrukturların beynəlxalq münasibətlər sistemində davranışlarına yön verib. Həmçinin neoimperialist və neokolonialist kurslarda ehtiva olunub. Görünən odur ki, əksər Avropa dövlətləri bu boşluğu məhz qeyd olunan qeyri-praqmatik və qəbuledilməz kurslar hesabına doldurmaq istəyib. Bu məqamda Azərbaycan Prezidentinin Ağ Evdəki görüşü yada düşür. Avqustun 8-də Prezident Tramp cənab İlham Əliyevlə Oval kabinetdə görüşmüşdü. Avropa liderləri ilə görüşdən fərqli olaraq Azərbaycan Prezidenti bərabərhüquqlu tərəfdaş kimi bu görüşə qatılmış, özünə və dolayısı ilə Vaşinqtonda dövlətimizə və xalqımıza ehtiramı tam təmin etmişdi".
Deputatın qeyd edib ki, bu gün dünyada cənab İlham Əliyevin miqyası ilə müqayisə oluna biləcək lider demək olar ki, faktiki olaraq yoxdur:
"Cənab İlham Əliyev əhalisi, ərazisi miqyasca çox kiçik olan, işğala, təcavüzə məruz qalmış məğlub ölkəni qalib və hesablaşılan gücə çevirib. Digər liderlər isə hazır, oturuşmuş sistemlərin başına keçib. Məsələn, Makron prezident seçiləndə Fransa nüvə silahına, dünyanın 7 böyük iqtisadiyyatından birinə sahib ölkə idi. Bu mənada, ölkəsinin imkanları hesabına "lider" olanlarla ölkəsini qalibiyyətə və inkişafa aparan Lider arasında müqayisə aparmaq nə qədər doğru olmasa da, Ağ Evdə baş tutmuş bu iki görüş, istənməsə də, belə reallıqları üzə çıxardı".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya