BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında müstəmləkəçiliyə son qoyulması mövzusunda konfrans keçirilib
Yusif Nəzərli
05:28 21.06.2024
Siyasət
371
20 iyun tarixində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında “Müstəqillik və fundamental azadlıqlara doğru: müstəmləkiçiliyə son qoyulmasında C-24 komitəsinin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
Sherg.az APA-ya istinadən xəbər verir ki, BMT-nin Müstəmləkə altında olan ölkələr və xalqlara müstəqillik verilməsi haqqında bəyannamənin icrası ilə bağlı yaradılmış xüsusi Komitə - C24-ün illik iclası çərçivəsində baş tutan Konfransda hazırda Fransa və Niderlandın işğalı altında olan 8 ərazidən - Korsika, Fransız Qvianası, Qvadelup, Martinik, Maohi Nui (Fransız Polineziyası), Kanaki (Yeni Kaledoniya), eləcə də Sent-Martin, Bonayre, həmçinin, ABŞ, Fransa, Braziliya, Qəmər Adaları İttifaqı, Qayana və Niderlanddan rəsmi şəxslər, müstəqillik hərəkatlarının rəhbər şəxsləri, dekolonizasiya üzrə ekspertlər, deputatlar və tədqiqatçılar iştirak edib. Eyni zamanda El-Salvador, Argentina, Suriya, Əlcəzair, Braziliya və Fələstinin BMT-dəki Daimi nümayəndəliklərinin diplomatları konfransın işinə qatılıb.
Konfransda açılış qeydlərini edən BTQ-nin şöbə müdiri Elgün Hacıyev bildirib ki, ABŞ hökümətinin qeyri-müəyyən qərarına görə artıq ikinci ildir ki, BTQ-nin İcraçı direktoru Abbas Abbasova BMT qərargahında keçirilən konfransda iştirak etmək üçün viza verilmir. Bu səbəbdən, A.Abbasovun konfrans iştirakçılarına video müraciəti yayılıb.
O, müraciətində qeyd edib ki, Fransa hökumətinin Yeni Kaledoniyada fundamental insan hüquqlarını kobud şəkildə pozması BMT Baş Assambleyasının müstəmləkəçiliyə qarşı qəbul etdiyi qətnamələri yerinə yetirmək üçün rəsmi Parisin siyasi iradəsinin olmadığını bir daha sübut edir.
İcraçı direktor bir daha təsdiq edib ki, Bakı Təşəbbüs Qrupu Fransanın müxtəlif təzyiqlərinə baxmayaraq, müstəmləkə ərazilərinin öz müstəqillikləri uğrunda ədalətli mübarizəsini dəstəkləməyə davam edəcəkdir.
Fransa polisi tərəfindən Yeni Kaledoniyada öldürülən mülkü şəxslərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra bu ölkənin Xarici işlər naziri M. Forrest Fransa hökuməti tərəfindən ölkəsində baş verən qanunsuzluqlar və vəhşiliklər barədə ətraflı məlumat verib. O, yüzlərlə kanakın, xüsusilə müstəqillik hərəkatının 8 lider şəxsinin qanunsuz həbs edildiyini diqqətə çatdırıb.
Fransız Polineziyasının hakim Tavini partiyasının Siyasi məsələlər üzrə direktoru Richard Tuheiava, eləcə də Saint-Martin, Korsika, Martinik, Fransız Qvianası, Qvadelup və Bonayre-dən olan müstəqillik hərəkatı üzvləri onları müstəmləkə altında saxlayan Fransa və Niderland hökumətlərinin bu ərazilərdə həyata keçirdiyi kolonial siyasət, habelə ərazinin sahibi olan yerli xalqların fundamental hüquqlarının kobud şəkildə pozulması, təbii sərvətlərinin qanunsuz talan edilməsi və beynəlxalq öhdəlikəri yerinə yetirməməsi haqqında ətraflı məlumat veriblər və yerli xalqların tələblərinə məhəl qoymayaraq, hələ də müstəmləkəçilik siyasətini davam etdirməsini sərt şəkildə qınayıblar.
İştirakçılar təmsil etdikləri xalqların tələblərini və səsini dünya ictimaiyyətinə çatdıran Azərbaycana dərin minnətdarlıq ifadə ediblər və beynəlxalq platforma rolunu oynayan Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə müstəqilliyin uzaqda olmadığına inam ifadə ediblər.
Konfransın sonunda siyasi müraciət qəbul olundu. İştirakçılar BTQ tərəfindən təşkil edilən regional və qlobal tədbirlərdə iştiraklarını daha da fəallaşdırmaq, BMT çərçivəsində öz mübarizələrini gücləndirməyə dair öhdəlik götürdülər. Kolonial ölkə olan Fransanın Yeni Kaledoniya, Korsika və Martinikdə zorakılıqlarını pislədilər
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya