Bölgəyə sülhü böyük dövlətlər gətirəcək
Turan
05:57 23.07.2021
Siyasət
799
Rəsmi Bakı Rusiya ilə əlaqələrin inkişafına hər zaman xüsusi önəm verib
İyunun 20-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya rəhbəri Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfər edib. Liderlərin görüşü zamanı ölkələr arasında olan əməkdaşlıq məsələləri, ikitərəfli münasibətlərin inkişafı, istiqamətlər müzakirə olunub. Bununla yanaşı, İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, sülhün əldə edilməsi istiqamətində atılmalı olan addımlar ətrafında fikir mübadiləsi aparılıb. Analitiklərə görə, prezidentlərin görüşün ictimaiyyətə açıqlanmayan hissəsində bir sıra məsələlər, xüsusilə də, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Birgə Bəyanatın icrası ilə bağlı müzakirələr aparıblar. Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı deyib ki, Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı 15 mindən çoxdur. Azərbaycanda isə 16 min tələbə rus dili bölməsində təhsil alır:
“Beləliklə, Azərbaycan gənclərinin belə bir böyük dəstəsi artıq Rusiya ilə dil, ünsiyyət və təhsil vasitəsilə bağlıdır. Düşünürəm ki, bizim təcrübəmizi böyüməkdə olan nəslə əməli surətdə ötürmək çox vacibdir”.
Millət vəkili Ceyhun Məmmədov bildirib ki, Azərbaycan Rusiya ilə konstruktiv əməkdaşlıqda maraqlıdır. Deputatın sözlərinə görə, rəsmi Bakı Rusiya ilə əlaqələrin inkişafına hər zaman xüsusi önəm verib:
“Hazırda Azərbaycan və Rusiya arasında qarşılıqlı əlaqələr yüksək səviyyədədir. Burada iki ölkə prezidenti arasında səmimi, konstruktiv və ikitərəfli əlaqələr xüsusi rol oynayır. Bu, eyni zamanda, iki dövlət rəhbəri arasında şəxsi münasibətlərin, Rusiya-Azərbaycan əlaqələrinin və geosiyasi reallıqlara yanaşmada ortaq mövqeyin xarakterindən irəli gəlir. Hazırda hər iki ölkə bir çox regional layihələri uğurla icra edirlər.
İki ölkə rəhbəri arasında görüşdə bir sıra mühüm qarşılıqlı məsələlər müzakirə olundu.
Rusiya Prezidenti Azərbaycan Prezidentinə kompromisli qərarların tapılmasına görə təşəkkürünü bildirdi. Dövlət başçısı da Rusiya rəhbərinə təşəkkürünü çatdırdı. Prezident İlham Əliyev bu il Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialının birinci buraxılışı olduğunu, MDU-nun və Seçenov Universitetinin filiallarında mindən çox tələbənin təhsil aldığını, Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayının 15 mindən çox olduğunu, Azərbaycanda isə 16 min tələbə rus dili bölməsində təhsil aldığını xüsusi vurğuladı. Bu, öz növbəsində Azərbaycanda rus dilinə və mədəniyyətinə göstərilən diqqət və qayğıdan xəbər verir”.
C.Məmmədov bəyan edib ki, bu gün qarşıda duran əsas məsələ bölgədə sülhün və əməkdaşlığın təmin olunmasıdır:
“Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan 10 noyabr razılaşmasından 8 ay keçməsinə baxmayaraq konstruktiv mövqe nümayiş etdirmir, atəşkəsi tez-tez pozur, mina xəritələrini bütövlükdə Azərbaycan tərəfinə təhvil vermir. Ermənistan bu təxribatlara son qoymalı, konstruktiv mövqe nümayiş etdirməlidır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm