“Boş qalan 6 deputat yeri üçün seçkilərin keçirilməsi daha real görünür” – YAP-çı deputat
Yusif Nəzərli
14:41 14.01.2022
Siyasət
833
“Hazırda növbədənkənar parlament seçkilərinin keçirilməsi gündəmdə deyil”.
Bu barədə “Sherg.az”a millət vəkili Cavid Osmanov bildirib. O qeyd edib ki,
Azərbaycan Milli Məclisi 6-cı çağırışı növbədənkənar seçkilər nəticəsində formalaşdı:
“Azərbaycan parlamenti istər beynəlxaq münasibətlərdə, istər yeni qanunvericiliklərin həyata keçirilməsində çox uğurlu bir yol seçdi. Həmçinin İkinci Qarabağ müharibəsi dövründə Azərbyacanın haqq səsinin dünyaya çatdırılmasında çox böyük işlər gördü. O cümlədən ondan sonrakı mərhələdə də ölkə üçün faydası olan bir sıra addımlar atdı. Düşünürəm ki, inidiki vəziyyətdə növbədənkənar seçkilərin keçirilməsi aktual deyil. Bu ayrı-ayrı adamlar tərəfindən sadəcə ortaya atılmış bir məsələdir. Çünki növbədənkənar seçki 2020-ci ilin fevral ayının 9-da keçirilib və həmin tərkib 2 ilə yaxındır, fəaliyyət göstərir. Bu neçə il müddətində də çox yaxşı fəaliyyət göstərdilər”.
Deputat, həmçinin Milli Məclisdə boş qalan 6 deputat yeri haqqında da öz fikirlərini bölüşüb:
“Bu gün 125 millət vəkilindən 119-u fəaliyyət göstərir və 6 yer boşdur. Bununla bağlı Mərkəzi Seçki Komissiaysının sədri Məzahir Pənahov açıqlama vermişdi ki, növbədənkənar parlament seçkisi keçirilə bilər. İstənilən halda, hər iki məsələ birbaşa Cənab Prezidentin səlahiyyətində asılı olan bir məsələdir. Düşünürəm ki, 6 boş yer üçün seçkilərin keçirilməsi daha real görünür”.
Çimnaz Şahlar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət