Brüssel görüşündən GÖZLƏNTİLƏR:“Sərhədlərin delimitasiyası  prioritetdir”

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Danışıqlar Avropa İttifaqı Şurası Prezidentinin Brüssel Zirvəsi çərçivəsində Aİ-nin vasitəçiliyi reallaşan təklif əsnasında baş tutacaq. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlum təklifə Azərbaycan tərəfinin razılıq verdiyini açıqlayıb. O,noyabrın 19-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin İ. Əliyev və N.Paşinyanla telefon danışığının baş tutduğunu bildirib. 

Danışıq zamanı Aİ Şurasının Prezidenti bu il dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində hər iki ölkə liderinin görüşünün təşkil edilməsi təklifi ilə çıxış edib. Aİ Şurasının Prezidenti postmünaqişə dövrünün reallıqları müstəvisində Azərbaycanın mövqeyinin dəfələrlə dövlət başçısı tərəfindən, o cümlədən beynəlxalq platformalarda səsləndirildiyini və  Brüssel Zirvəsinin eyni zamanda bu çərçivədə keçirilməsi nəzərdə tutulan görüşün əlavə imkanlar yaradacağını hesab etdiyini diqqətə çatdırıb. 

 Maraqlıdır tərəflər arasında baş tutacaq Brüssel görüşündən gözləntilər nələrdir? Görüşdə hansı mövzular masaya qoyulacaq?

Bu barədə “Sherg.az”a danışan  siyasi analitik Turab Rzayev  bildirib ki, hər iki tərəf əvvəla Ermənistan-Azərbaycan sərhəddindəki təxribatların azadlıması mövzusuna diqqət çəkəcək: 

“Sərhəddə yaranmış insan itkilərinə səbəb olan toqquşmaların aradan qaldırılması başlıca istiqamət olacaq. İkinci məsələ sərhədlərin delimitasiyası mövzusudur. Bu yöndə hər iki tərəf arasında və ya vasitəçilərin iştirakı ilə işçi qrupu, işçi komissiyasının yaradılacağının müzakirə ediləcəyini düşünürüəm”. 

Analitik  nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı ümumi fikir mübadiləsi aparılacağını vurğulayıb  və bunda əsas diqqətin Zəngəzur dəhlizinin açılması məsələsi üzərində cəmlənəcəyini söyləyib.