BTQ Fransa hökuməti ilə Kanaki arasındakı danışıqlarda vasitəçilik təklif edib
08:30 03.04.2025
Siyasət
392
Bakı Təşəbbüs Qrupu (BTQ) yarandığı gündən hər zaman dialoqu və sülh yolu ilə problemlərin həllini rəhbər tutur.
APA xəbər verir ki, bu barədə BTQ-nin icraçı direktoru Abbas Abbasovun Fransanın dənizaşırı ərazilər naziri Manuel Valsa ünvanladığı məktubda deyilir.
Abbas Abbasov məktubunda Valsın Kanakiyə səfərinin bölgədə vəziyyətin yerində öyrənilməsi və kanak xalqının tələblərini dinləmək baxımından təqdirəlayiq olduğunu vurğulayıb:
“Heç bir proses sonsuz ola bilməz və siz də yəqin ki, qəbul edərsiniz ki, danışıqlar nəticəyönümlü olmalıdır. Bu kontekstdə 1946-cı ildən açıq qalan və xüsusilə 1988-ci ildə imzalanmış Matinyon sazişindən bəri Fransa hökumətinin öz öhdəliklərini yerinə yetirməkdən yayınması kanak xalqı kimi dekolonizasiya üzrə beynəlxalq QHT olan Bakı Təşəbbüs Qrupunu da ciddi narahat edir”.
BTQ-nin rəhbəri BTQ-nin danışıqlara yeni nəfəs və töhfə vermək üçün Fransa hökuməti ilə Kanaki arasında danışıqlarda tərəfsiz vasitəçilik təşəbbüsünü irəli sürdüyünü bildirib:
“Kanak xalqının mütləq əksəriyyətinin təşkilatımıza olan etimadını, eləcə də dekolonizasiya sahəsində beynəlxalq təcrübəmizi nəzərə alaraq, təklifimizə müsbət reaksiya verəcəyinizə ümid edirik. Öz fəaliyyətini beynəlxalq hüququn norma və prinsipləri üzərində quran təşkilatımızın danışıqlarda balanslı və ədalətli bir yanaşma təqdim edərək, tərəflər arasında qarşılıqlı anlaşma və əməkdaşlığın inkişafını dəstəkləyəcəyinə əmin ola bilərsiz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya
Fatih Terim MHP sədri Dövlət Baxçalını ziyarət edib
20:23 10.11.2026
Gündəm