Ceyhun Bayramov ATƏT Baş katibini qarşılayıb, təkbətək görüş başlayıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Feridun Sinirlioğlunu qarşılayıb.
Sherg.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, Ceyhun Bayramovun ATƏT-in Baş katibi ilə təkbətək görüşü başlayıb.

Təkbətək görüşdə tərəflər Azərbaycan-ATƏT əməkdaşlığının vəziyyəti və perspektivlərini, regional təhlükəsizlik məsələlərini, Azərbaycanla Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər.

ATƏT məkanında inkişaf edən vəziyyətə toxunulub, dialoq və sabitliyin zəruriliyi vurğulanıb.