Ceyhun Bayramov iki həmkarı ilə görüşdü – FOTO
Ceyhun Bayramov iki həmkarı ilə görüşdü – FOTO
Yusif Nəzərli
06:24 21.09.2022
Siyasət
485
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Avstriya Respublikasının Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberq ilə görüşüb.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, Azərbaycan-Avstriya arasında münasibətlərin perspektivləri, enerji təhlükəsizliyi, son regional vəziyyət müzakirə edilib.
Ceyhun Bayramov postmünaqişə dövründə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib.
İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanların yarandığını qeyd edən nazir, Azərbaycanın sülh quruculuğu təşəbbüslərini irəlilətdiyi, bütün bunlara baxmayaraq, Ermənistanın proseslərə maneçilik törətdiyini qeyd edib və genişmiqyaslı təxribatları barədə ətraflı məlumat verib.
Ölkəmizin bölgədə sülh və sabitliyin yaradılması istiqamətində səylərə və mövcud problemlərin siyasi müstəvidə həllində maraqlı olduğunu diqqətə çatdırıb.
Avstriyalı nazir bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu, atəşkəsin və danışıqlara qayıtmağın vacib olduğunu bildirib. Avstriya tərəfi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasının zəruri olduğunu, bu xüsusda cari ilin 18 iyul tarixində Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış anlaşma memorandumunun da əhəmiyyətini qeyd edib.
Tərəflər, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində həmçinin Estoniyanın xarici işlər naziri Urmas Reinsalu ilə görüşüb.
Görüş zamanı Azərbaycan-Estoniya ikitərəfli əməkdaşlıq əlaqələri və Ermənistanın təxribatı nəticəsində bölgədə yaranmış gərginlik müzakirə edilib.
Nazir Ceyhun Bayramov estoniyalı həmkarını Ermənistanın davam edən və sülh prosesinə mane olan təxribatçı addımlarının davamı olaraq, 12 sentyabrda Azərbaycanın mövqelərinə hücumları barədə məlumatlandırıb. Əldə edilmiş atəşkəsin Ermənistan tərəfindən pozulduğu və əlavə itkilərin yaşandığını vurğulayıb. Ölkəmizin postmünaqişə dövründə Ermənistan ilə mövcud problemlərin siyasi-diplomatik müstəvidə həllində maraqlı olduğunu qeyd edib.
Estoniyanın xarici işlər naziri Urmas Reinsalu Estoniyanın Azərbaycanla ikitərəfli münasibətlərin daha da inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.
Hal-hazırkı qeyri-sabit vəziyyətdən narahatlığını ifadə edən Estoniya xarici işlər naziri tərəfləri təmkinli davranmağa çağırıb, problemlərin dialoq yolu ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında, xüsusilə də suverenlik və ərazi bütövlüyü çərçivəsində həllinin vacib olduğunu vurğulayıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm