Ceyhun Bayramov İordaniya Senatının sədri ilə görüşüb - FOTO
Yusif Nəzərli
15:12 01.07.2022
Siyasət
416
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığı Ümmət Məclisinin (Parlament) Senatının sədri Feysəl Əl-Fayez ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi xəbər yayıb.
Nazir Senatın sədrini səmimiyyətlə salamlayıb və onun Qoşulmama Hərəkatı (QH) Parlament Şəbəkəsinin Bakı konfransında şəxsən iştirakının həm tədbirin işinə, həm də ikitərəfli əlaqələrimizin inkişafına töhfə verdiyini bildirib. Nazir, Azərbaycanın İordaniya ilə ikitərəfli və çoxtərəfli platformalarda, o cümlədən İƏT və QH çərçivəsində əməkdaşlığını məmnunluqla vurğulayıb.
Gələn il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd ediləcəyi və bu münasibətlə tədbirlərin təşkilinin əhəmiyyəti səsləndirilib.
Senatın sədri Feysəl Əl-Fayez Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduqlarını və bu xüsusda ikitərəfli səfərlərin intensivləşməsinin əhəmiyyət kəsb etdiyini bildirib. O, Azərbaycanın QH sədrliyi çərçivəsində fəal rolunu, irəli sürülən təşəbbüslərin təqdirəlayiq olduğunu qeyd edib. Sədr, hazırda dünyada cərəyan edən bir sıra narahatlıq doğuran hadisələr fonunda Qoşulmama Hərəkatının dünya müstəvisində rolunun artırılmasına ehtiyacın olduğunu vurğulayıb.
Görüşdə, həmçinin regional vəziyyət, habelə qlobal əhəmiyyət kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Payızda bu 2 qida mütləq yeyilməlidir
07:17 16.11.2026
Sağlamlıq
ABŞ-ın daha bir aviadaşıyıcısı Yaxın Şərqə gəlir
06:42 16.11.2026
Aktual
Serial eşqi gerçək oldu
03:33 16.11.2026
Şou
Qanınızı qatılaşdıran 2 əsas səbəb
02:56 16.11.2026
Sağlamlıq
Hörmüz boğazında tanker minaya düşüb
01:59 16.11.2026
Son dəqiqə
Saakaşvili milli komandanı dəstəkləməyəcək - Səbəb
01:40 16.11.2026
Aktual
İran XİN: ABŞ-nin Tehranın şərtlərinə cavabı praktik deyil
00:37 16.11.2026
Region
KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
00:16 16.11.2026
Aktual
Çexiyada son 40 ilin ən böyük etirazı...
23:33 15.11.2026
Dünya
Xırdalanda güclü külək 7 avtomobilə ziyan vurub
23:15 15.11.2026
Hadisə
Husilər Ər-Riyadda hava limanını hədəfə aldıqlarını açıqlayıblar
22:56 15.11.2026
Gündəm
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region