Ceyhun Bayramov Mirzoyanın qoşunların sərhəddən çəkilməsi ilə bağlı fikirlərinə münasibət bildirib
Ceyhun Bayramov Mirzoyanın qoşunların sərhəddən çəkilməsi ilə bağlı fikirlərinə münasibət bildirib
11:49 14.12.2023
Siyasət
326
Mənim qısa cavabım budur ki, Ermənistan XİN başçısının fikri ilə razı deyiləm.
Bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə keçirilən mətbuat konfransında dünən Ermənistan xarici işlər nazirinin estoniyalı həmkarı ilə mətbuat konfransında “Ermənistan-Azərbaycan sərhədindən hər iki ölkənin qoşunlarının geri çəkilməsi məsələsi üzrə müzakirələrin davam edəcəyinə ümidvardır, qoşunların sərhəddən geri çəkilməsi müsbət effekt yaradacaq və növbəti mümkün eskalasiyanın qarşısını alacaq. Ermənistan xarici işlər nazirinin bu fikirlərini necə şərh edərdiz?” sualına cavab olaraq bildirib.
Ceyhun Bayramov deyib ki, suala geniş cavab verərsə, danışıqlar prosesində müzakirə olunan hansısa elementi çıxarıb ayrıca təqdim etmək cəmiyyətdə çaşqınlıq yaradır: “Ermənistan-Azərbaycan sərhədi delimitasiya olunmayıb. Bu, kifayət qədər mürəkkəb məsələdir. Tam razılaşma olmayan halda qoşunlar geri çəkirlərsə, kim zəmanət verə bilər ki, tərəflərin hər hansı biri yenidən həmin mövqeləri tutmayacaq? Qoşunların geri çəkilməsi ilə bağlı təklifin arxası da vardı və bu, Azərbaycan üçün qəbuledilməz idi. Bu gün Azərbaycan Ordusu Azərbaycan sərhədlərini qoruyur. Bu da məntiqlidir. Azərbaycan Ordusu həmin sərhədlərə kiminsə xoş niyyəti, dəvəti ilə gəlməyib, Azərbaycan Ordusu 30 il sonra qan tökərək torpaqlarını azad edib, bu gün sərhədlərində dayanır. Bizim prinsipial yanaşma odur ki, Azərbaycan sərhədi yalnız Azərbaycan əsgəri tərəfindən qoruna bilər, üçüncü tərəfə həvalə oluna bilməz. Bu, Azərbaycanın suveren hüququdur. Bizim də Ermənistana tövsiyəmiz odur ki, bizim konstruktiv təkliflərimizə diqqət yetirsinlər. Bu halda məsələlər müsbət məcrada inkişaf edə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm