Çin Kommunist Partiyasının şöbə müdiri: Çin və Azərbaycan strateji tərəfdaşlardır
13:08 02.04.2025
Siyasət
474
Çin və Azərbaycan strateji tərəfdaşlardır, Azərbaycan və Çin arasında dostluğun minillik tarixi var.
APA xəbər verir ki, bunu “Azərbaycan – Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda konfransda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) üzvü, ÇKP MK Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Cyançao deyib.
Lyu Cyançao bildirib ki, qarşılıqlı etimad əsasında Azərbaycan və Çin bir-birini dəstəkləyir: “Çin Azərbaycanın sosial iqtisadi inkişafı ilə bağlı 2030-cu ili əhatə edən proqramını dəstəkləyir. Biz kənardan müdaxilələrə qarşı birgə çıxış edirik. Hələ 12-ci əsrdə Nizami Gəncəvi də öz əsərlərində gözəl və ağıllı Çin xanımlarını təsvir edib. Azərbaycan xalça sənəti Çində təqdim edilib. İki dövlətin xalqları arasında çox dərin və isti münasibətlər var. Müasir dünya xaosla doludur. Bu ilin əvvəlindən başlayaraq beynəlxalq vəziyyət çox böyük sarsıntılara məruz qalıb. Avrasiya qitəsində yeni çağırışlar yaranıb. Çin və Azərbaycan bu qitədə önəmli ölkələrdir. Çin və Azərbaycanarasında münasibətlərin inkişafı bu qeyri-sabit dövrə bir inam gətirdi. Bizim üçün yeni perspektivlər, yeni dəhlizlər var. Biz birlikdə sülh və təhlükəsizliyi Şanxay Əməkdaşlıq Təşkilatı platformasında təşviq edirik. Biz səmimi qəlbdən Şanxay Əməkdaşlıq Təşkilatının daha mühüm rol oynayacağına inanırıq. Çin və Azərbaycan birlikdə Avrasiyada təhlükəsizlik konsepsiyası həyata keçirir. Bu əməkdaşlıq Avrasiya qitəsində sülh və təhlükəsizliyin təmin edilməsi üçün zəmin yaradır”.
Lyu Cyançao qeyd edib ki, Çin və Azərbaycan Qlobal Cənubun önəmli üzvləridir: “Çin və Azərbaycan Qlobal Cənub dövlətlərinin inkişafı üçün səylərini birləşdirir. Si Cin Pin həmişə deyib ki, beynəlxalq vəziyyət dəyişsə belə, Çin hər zaman Avrasiya qitəsində inkişaf edən dövlətlərin dəstəkçisi kimi qalacaq. Qlobal Cənub dövlətlərinin üstünlüyü böyükdür, bu dövlətlər terrora qarşı çıxış edirlər. Çin və Azərbaycan Qlobal Cənubun ən effektiv səsi olan dövlətlərə çevrilib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya