Darçiaşvili: Ümidvarıq ki, Azərbaycan və Ermənistan tez bir zamanda sülh sazişi imzalayacaq
Yusif Nəzərli
08:00 15.03.2024
Siyasət
328
Üçtərəfli görüş çərçivəsində müxtəlif istiqamətlərdə məsələlər müzakirə edildi. İkitərəfli müstəvidə də Gürcüstan, Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlıq və nümunəvi əlaqələr mövcuddur.
Bunu Gürcüstan XİN başçısı İlya Darçiaşvili bu gün Bakıda keçirilən Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün nəticələrinə dair brifinq zamanı deyib.
“Bu iki ölkə Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır. Siyasi, iqtisadi, ticari, müdafiə, mədəniyyət, nəqliyyat, enerji sahələrində əməkdaşlıqlar müzakirə edildi. Təbii ki, biz regionda gedən proseslərə və bu çağırışların öhdəsindən gəlmək üçün birgə səylərimizə xüsusi diqqət yetirdik”, - nazir bildirib.
İlya Darçiaşvili Gürcüstanın Cənubi Qafqazda dinc və sülh şəraitində birgəyaşayışı qətiyyətlə dəstəklədiyini, regionda sülhün və konstruktiv əməkdaşlığın təşviqi prosesinə töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb.
“Ümidvarıq ki, Azərbaycan və Ermənistan tez bir zamanda razılıq əldə edərək sülh sazişini imzalayacaq və bu, regionda uzunmüddətli sülhlə sabitlik üçün dönüş nöqtəsi olacaq”, - Gürcüstan XİN başçısı qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya
Paşinyan Minskdəki iclasa onlayn qatıldı
10:29 02.10.2026
Dünya
Güllü Muradovaya vəzifə verildi
10:25 02.10.2026
Mədəniyyət