Deputat: Rişi Sunakın göndərdiyi məktub Azərbaycanın artan nüfuzundan xəbər verir
Yusif Sultanoğlu
10:45 15.03.2024
Siyasət
576
"Sizi Bakı Qlobal Forumunun keçirilməsi münasibəti ilə təbrik edirəm".
Bunu XI Bakı Qlobal Forumun rəsmi açılış mərasiminə ünvanladığı müraciətdə Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib.
Rişi Sunak deyib ki, Bakı noyabrda COP29-a ev sahibliyi edəcək: “Ölkənizin bu çağırışın öhdəsindən layiqincə gələcəyinə inanıram. Biz qlobal tullantıları azaltmalıyıq. Böyük Britaniya neft və qaz istehsalçısı olan ölkə kimi Paris öhdəliyinə sadiqdir, ədalətli keçid kursunun qəbul edilməsinin zəruriliyini anlayırıq. Biz iqlim dəyişikliyi ilə mübarizə üçün trilyonlarla vəsaiti cəlb edəcək iddialı nəticələr əldə etməliyik. Azərbaycan BƏƏ və Braziliyanın bu sahədə birgə fəaliyyətini də alqışlayırıq. Qlazqoda bu sahədə əldə etdiyimiz təcrübəni bölüşməyə hazırıq”.
Rişi Sunak qeyd edib ki, Britaniya Xəzər dənizi vasitəsi ilə yeni nəqliyyat bağlantılarını dəstəkləyir: “Hazırda Azərbaycanın Ermənistanla on illiklərlə davam edən münaqişəyə son qoyması üçün tarixi fürsət var. Noyabrda COP29-a qədər sülhün nail olunduğu Cənubi Qafqaz görmək daha önəmli hadisə olardı”.
Rişi Sunak nəzərə çatdırıb ki, Azərbaycanla Britaniya arasında münasibətlər inkişaf etməkdədir: “COP29-la bağlı Azərbaycanı dəstəkləməyə davam edirik. İnanırıq ki, COP29-a qədər Azərbaycanla Ermənistan sülhə nail olacaq”.
Ruşinin fikirlərini “Sherg.az”a dəyərləndirən millət vəkili Mahir Abbaszadə bildirib ki, Böyük Britaniya baş nazirinin Prezdent İlham Əliyevə və XI Bakı Qlobal Forumuna göndərdiyi məktub Azərbaycanın artan nüfuzundan xəbər verir:
“COP29 tədbirlərini keçirtmək asan məsələ deyil. Əvvəla COP29 tədbirlərinin təşkil olunması ilə bağlı dövlətlərin icazəsi üçün ev sahibliyi edəcək ölkənin siyasi sabitliyi, təhlükəsizliyi yüksək səviyyədə olmalıdır. İkinci bir tərəfdən həmin ölkənin belə məsələlərlə bağlı təcrübəsi də çox vacibdir. Prezident İlham Əliyev sayəsində Azərbaycan uzun illər bu kimi tədbirlərin keçirilməsinə ən yüksək səviyyədə ev sahiblik edib. Azərbaycan dövlətinin ekologiyanın təmizlənməsi və yaşıl enerjinin inkişaf etdirilməsi ilə bağlı kifayət qədər ciddi planları var. Heç də təsadüfi deyil ki, Prezident 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edib. Bu istiqamətdə hökumət və dövlət tədbirləri ciddi şəkildə həyata keçirilir”.
Parlamentarı qeyd edib ki, Ermənistan və Azərbaycan arasında baş verən münaqişəyə bizim tərəfimizdən son qoyulub:
“Azərbaycan dövləti beynəlxalq təşkilatların çıxardığı qərarları icra edib. Bundan sonrakı proseslərdə regiona davamlı təhlükəsizliyin və sülhün gəlməsi çox önəmlidir. Çünki sülhü təhdid edəcək məsələ qalmayıb. Azərbaycan işğal altında olan torpaqlarını geti qaytarıb və sərhəd keçid məntəqəsini həyata keçirib. Lokal xarakterli antiterror əməliyyatları nəticəsində ilk dəfə olaraq Azərbaycan bütün ərazilərdə dövlət müstəqilliyini bərpa edib. Bu gün Azərbaycanla Ermənistan arasında olan delimitasiya və demarkasiya məsələlərinin həll edilməsi ilə bağlı hökumət komissiyası fəaliyyət göstərir. Sülhə əngəl olan tək problem beynəlxaq təşkilatların bəzi üzvlərinin və Aropa dövlətlərinin Ermənistanda olan revanşist qüvvələrə dəstək verməsidir. Əgər bu proseslərin qarşısı alınsa, bölgədə davamlı sülhün olması aktuallaşacaq. Hesab edirəm ki, qarşıdakı vaxtlarda Azərbaycan və Ermənistan arasında davam edən münaqişəyə son qoyula bilər. Təbii ki, COP29 tədbiri sülhün vacibliyini ortaya qoyacaq. Çünki tədbirlərdə dünyanın təxminən böyük dövlətlərinin hamısı iştirak edəcək. Rəsmi İrəvan və Bakı arasında sülhün təmin olunması üçün az da olsa, etimad mühiti formalaşır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya
Paşinyan Minskdəki iclasa onlayn qatıldı
10:29 02.10.2026
Dünya
Güllü Muradovaya vəzifə verildi
10:25 02.10.2026
Mədəniyyət
Nazirdən ŞOK AÇIQLAMA: 10 minə yaxın müəllim...
10:24 02.10.2026
Elm və Təhsil
Ermənistan Azərbaycanın ardınca getməyə çalışır?
10:22 02.10.2026
Region
Tramp İran rəhbərliyini hədələdi
10:20 02.10.2026
Dünya
Ukrayna ərazisində müstəqil dövlət yaranacaq - Putin
10:15 02.10.2026
Dünya
Hikmət Hacıyev Azərbaycanın İsrail ilə münasibətlərindən danışdı
10:09 02.10.2026
Siyasət