Deputatdan həmsədrlərə məsləhət:“Diplomatik turizmi davam etdirə bilərlər, amma...”
Yusif Nəzərli
13:45 14.01.2022
Siyasət
817
“...Bu görüşləri Asiya, Afrika, Latın Amerikası təbiəti ilə tanış olmaq üçün təşkil etsələr daha effektiv nəticə verər”
“Çünki ,təbii olaraq mən də bir çoxları kimi ATƏT-in Minsk Qrupununun bundan sonrakı fəaliyyətindən hər hansısa bir ciddi addım gözləmirəm”
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. Dövlət başçısının jurnalistlərin suallarını cavablandırarkən toxunduğu məsələlərdən biri də ATƏT-in Minsk qrupunun fəaliyyəti olub:
“Halbuki, mənim təsəvvürüm var ki, onlar nə ilə məşğul olmalıdırlar və nə ilə məşğul olmamalıdırlar. Nə ilə məşğul olmamalıdırlar, mən deyə bilərəm. Onlar Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub. Biz onların yerinə bu məsələni həll etdik.Onların görünməməsinin səbəbi də hesab edirəm ki, bundan qaynaqlanır. Çünki onlar üçün nə qədər çətin olsa da, bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Çünki buna biz imkan verməyəcəyik. Biz bu münaqişənin bir tərəfi idik. Əgər bir tərəf deyir ki, bu münaqişə həll olunub, deməli, burada vasitəçiliyə yer qalmır və bizim mövqeyimiz onlara çatdırılıbdır. Nə ilə məşğul olacaqlar, yəqin ki, özləri fikirləşməlidirlər”.
İkinci Qarabağ müharibəsindən əvvəl və sonra ATƏT-in Minsk Qrupunun münaqişənin həllindəki “parlaq” fəaliyyəti hər kəsə bəllidir. Maraqlıdır, bu qurum öz fəaliyyətini hazırda hansı istiqamətdə davam etdirə bilər?
Millət vəkili Asim Mollazadə də “Sherg.az”a bildirib ki, ATƏT-in Minsk Qrupu bundan sonrakı mərhələdə öz diplomatik turizmini davam etdirə bilər:
“Qarşıdakı illərdə onlar müxtəlif dünya ölkələrinin paytaxtlarında müzakirələr keçirib öz təkliflərini hazırlaya bilərlər. Qurumun təqribən növbəti 50,100 il müddətində yeni təkliflər üzərində çalışmaq imkanları var”.
A.Mollazadəyə görə, bundan sonra qurum tərəfindən humanitar sahədə eləcə də tərəflərdə bir-birinə qarşı inam hissinin artırılması istiqamətində müvafiq tədbirlər görülə bilər:
“Bu tədbirlər də beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilməlidir”.
Millət vəkili 30 illik yubileyi olan bir qurumun indiyə qədər heç bir şeyi ciddi şəkildə həyata keçirmədiyini diqqətə çatdırıb və quruma bir sıra məsləhətlər verib:
“Onların turist maşınları hər zaman Avropanın ən gözəl paytaxtlarını əhatə edib.Qarşıdakı illərdə öz coğrafiyalarını genişləndirsələr, yəni, bu görüşləri Asiya, Afrika, Latın Amerikası təbiəti ilə tanış olmaq üçün təşkil etsələr daha effektiv nəticə verər. Çünki təbii olaraq mən də bir çoxları kimi ATƏT-in Minsk Qrupununun bundan sonrakı fəaliyyətindən hər hansısa bir ciddi addım gözləmirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət