
Dohada BMT-nin İkinci Dünya Sosial Sammiti keçirilib
21:21 04.11.2025
Siyasət
437
Noyabrın 4-də Qətərin paytaxtı Doha şəhərində BMT-nin İkinci Dünya Sosial Sammiti öz işinə başlayıb.
Sherg.az xəbər verir ki, sammitdə 8 mindən çox qonaq, o cümlədən dövlət və hökumət başçıları, nazirlər, alimlər, Birləşmiş Millətlər Təşkilatının təmsilçiləri, vətəndaş cəmiyyəti və özəl sektorun, gənclər təşkilatlarının nümayəndələri iştirak edir.
Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə sammitdə ölkəmizi Baş nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Nümayəndə heyətinə Azərbaycan Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Dövlət Səhərsalma və Arxitektura Komitəsinin sədri, Qətər Dövlətindəki səfir, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, Nazirlər Kabineti, və Xarici işlər nazirlyinin məsul vəzifəli şəxsləri daxildir.
2030 Dayanaqlı İnkişaf Gündəliyinin reallaşdırılmasına, xüsusilə də sosial inkişaf gündəliyinin təşviqinə həsr olunan Sammitin ilk günündə “Doha Siyasi Bəyannaməsi” qəbul edilib.
Baş nazirinin müavini S.Şərifov Dünya Sosial Sammitinin plenar iclasında çıxış edib. Çıxışda o, Azərbaycanda Kopenhagen Bəyannaməsi üzrə sosial sahədə nəzərdə tutulan öhdəliklərin icrası barədə məlumat vermiş və sosial inkişaf məsələləri üzrə beynəlxalq əməkdaşlığa yaxından qoşulduğunu və bir çox inkişafda olan ölkələrə təhsil, səhiyyə, və humanitar sahədə yardım göstrədiyini bildirmişdir.
O həmçinin bu ölkələrlə sosial və dövlət xidmətlərinin xüsusi yaradılmış mərkəzlər vasitəsilə əhaliyə effektiv göstərilməsində Azərbaycanın uğurlu təcrübəsini bölüşdüyünü, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinə və həmin ölkələrə yardım göstərilməsini davam etdirməyə hazır olduğunu bəyan etmişdir.
Eyni zamanda, 2024-cü ildə Bakıda keçirilmiş Qlobal İqlim Konfransı (COP29) çərçivəsində İqlim Davamlılığı üçün İnsan İnkişafına dair Bakı Rəhbər Prinsiplərinin qəbul edildiyini qeyd edərək 2026-cı ildə Bakıda həmin prinsiplərin gercəkləşdirilməsi məqsədilə 13-cü Ümümdünya Şəhərsalma Forumunun və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının növbəti illlik sessiyasının keçirilməsinə Azərbaycanın ev sahibliyi edəcəyini bildirmişdir.
Sonda S.Şərifov Azərbaycan Respublikasının yenicə qəbul edilmiş Doha Siyasi Bəyannaməsinin və cari ilin iyulunda qəbul edilmiş İnkişaf üçün Maliyyələşdirmə üzrə Sevilya Bəyannaməsindən irəli gələn öhdəliklərin beynəlxalq əməkdaşlıq çərçivəsində icra edilməsinə Azərbaycanın sadiqliyini, ona müvafiq dəstəyin göstərilməsini davam edəcəyini bir daha təsdiqləmişdir.
Azərbaycan nümayəndə heyəti Sammit çərçivəsində keçirilmiş “Aclıq və Yoxsulluğa qarşı Qlobal Alyansı”ın birinci iclasında, “Sosial inkişafın üç sütununun gücləndirilməsi: yoxsulluğun aradan qaldırılması, tam və məhsuldar məşğulluq və hamı üçün layiqli əmək və sosial inteqrasiya” mövzusunda təşkil olunan dəyirmi masada, eləcə də bir sıra ikitərəfli görüşlərdə iştirak etmişdir.
İkinci Dünya Sosial Sammiti noyabrın 6-dək davam edəcək.
İlk Dünya Sosial Sammiti 30 il əvvəl Danimkaranın paytaxtı Kopenhagendə keçirilib və Sosial İnkişaf üzrrə Kopenhagen Bəyannaməsinin qəbul edilməsi ilə yekunlaşmışdı.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol