Əli Əsədov: Azərbaycan ABŞ ilə strateji tərəfdaşlığını yeni mərhələyə yüksəldir
11:09 26.08.2025
Siyasət
448
Azərbaycan bir tərəfdən Ermənistanla uzunmüddətli sülhün əsasını qoyur, digər tərəfdən isə ABŞ ilə strateji tərəfdaşlığını yeni mərhələyə yüksəldir.
Bunu Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasında bildirib.
Baş nazir qeyd edib ki, Vaşinqton səfəri Azərbaycan-ABŞ əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə əlamətdar oldu: “Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Anlaşma Memorandumunun imzalanması Azərbaycan-Amerika dövlətlərarası münasibətlərinin inkişafında yeni bir əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi açır. Ağ evdə keçirilən görüş zamanı 1992-ci ildə Konqres tərəfindən ölkəmizə qarşı qəbul edilmiş “Azadlığa dəstək aktı”na ədalətsiz 907-ci düzəlişin 33 ildən sonra məhz Azərbaycan dövlət başçısının iştirakı ilə ləğvi Prezident İlham Əliyevin dünya miqyasında son dərəcə yüksək nüfuzunun bariz təsdiqidir. Prezident İlham Əliyevin sözləri ilə desək “Bu gün Azərbaycanın xarici yardıma ehtiyacı yoxdur, ölkəmiz xarici yardımdan asılı deyil. İqtisadiyyatımız sabitdir, xarici borcumuz ÜDM-in yeddi faizindən də azdır. Özümüz donor ölkəyə çevrilmişik”. Ona görə də Prezident Trampın bu düzəlişi ləğv etməsi rəmzi məna daşıyır və bu jest Azərbaycana qarşı tarixi ədalətsizliyi aradan qaldırmaqla Amerikanın dövlət başçısının Prezident İlham Əliyevə xüsusi münasibətini əks etdirir. Bununla yanaşı səfər çərçivəsində SOCAR və “ExxonMobil” arasında əməkdaşlığa dair memorandumun imzalanması “Əsrin müqaviləsi” ilə əsası qoyulan milli neft strategiyası çərçivəsində başlanmış tərəfdaşlığın yeni mərhələdə davamıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya
Fatih Terim MHP sədri Dövlət Baxçalını ziyarət edib
20:23 10.11.2026
Gündəm