Əli Əsədov Efiopiya Baş nazirinin müavini ilə görüşüb
Yusif Nəzərli
07:52 17.05.2024
Siyasət
304
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 16-da Efiopiya Federativ Demokratik Respublikası Baş nazirinin müavini Temesgen Tirunehin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycanın Afrika dövlətləri, o cümlədən Efiopiya ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyi bildirildi. İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olunub.
İkitərəfli səviyyədə münasibətlərin möhkəmləndirilməsi üçün mövcud imkanlardan istifadə edilməsinin önəmi vurğulanaraq, xüsusilə dövlət xidmətlərinin çatdırılması və sosial innovasiyalar sahəsində əməkdaşlığın son vaxtlar yaxşı dinamika nümayiş etdirdiyi bildirilib.
Efiopiya Baş nazirinin müavininin səfəri çərçivəsində imzalanmış və “ASAN xidmət” konsepsiyası əsasında bu ölkədə dövlət xidmətlərini həyata keçirəcək mərkəzlərin yaradılmasını nəzərdə tutan Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edilib.
Görüşdə Azərbaycan-Efiopiya əlaqələrinin bir sıra istiqamətlərdə genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Oxşar xəbərlər
Türkiyə səfiri: "Azərbaycanla münasibətlərimiz tarixdə ən yüksək mərhələni yaşayır"
16:00 11.05.2026
İlham Əliyev: "44 gün ərzində bizə təzyiq göstərənlər arasında nüvə dövlətləri var idi"
14:20 10.05.2026
Xəbər lenti
Hamısına bax
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya