Elmar Məmmədyarovun italiyalı həmkarı ilə telefon danışığı olub
22:21 14.07.2020
Siyasət
742
İyulun 14-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və İtaliyanın Xarici İşlər və beynəlxalq əməkdaşlıq Naziri Luici Di Maio arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, nazir Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin Azərbaycan və Ermənistan dövlət sərhədində hərbi təxribatının qarşısının alınması, bölgədə davam edən gərgin vəziyyət barədə məlumat verib. O, bölgədəki gərginliyin səbəbinin Ermənistanın təcavüzkar siyasəti olduğunu qeyd edib və işğalçı qüvvələrin Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonundan çıxarılmasının zəruri olduğunu vurğulayıb.
Nazir Elmar Məmmədyarov Ermənistanın son hərbi təxribatı da daxil olmaqla, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı İtaliyanın sərgilədiyi mövqeyə, Azərbaycanın ərazi bütövlüyünə dəstəyini və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığını hər zaman vurğuladığına görə təşəkkürünü ifadə edib.
Söhbət əsnasında nazirlər iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıblar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya həyata keçirilən dövlət səfərini iki ölkə arasında siyasi dialoqun və hərtərəfli əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndiriblər.
Nazirlər “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyənnamə” ilə tərəflərin bu strateji tərəfdaşlığı çoxölçülü, hərtərəfli formada siyasi, iqtisadi-ticarət, enerji, mədəniyyət, elm-təhsil və digər sahələrdə əməkdaşlığı daha da gücləndirmək istəklərini ortaya qoyduqlarını qeyd etiblər.
Tərəflər, həmçinin iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətini müzakirə ediblər.
Cənubi Qaz Dəhlizinin müəyyən edilmiş qrafik üzrə fəaliyyəti, eləcə də Azərbaycan-Avropa İttifaqı arasında münasibətləri nazirlər tərəfindən müzakirə edilib.
Nazir Elmar Məmmədyarov pandemiya ilə bağlı vəziyyət normallaşdıqdan sonra italiyalı həmkarını Bakıya səfər etməyə dəvət edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət