
Elnur Eltürk: Azərbaycanın Kahramanmaraşda tikdiyi məhəllə qardaşlığımızın əsl örnəyidir
13:43 10.06.2025
Siyasət
682
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Kahramanmaraşda Azərbaycanın zəlzələdən zərərçəkənlər üçün tikdiyi məhəllənin açılışı olacaq.
Bu barədə Türkiyə səfiri Birol Akgün məlumat verib.
Səfir qeyd edib ki, açılış mərasimi iyun ayında baş tutacaq, lakin dəqiq tarix hələ bəlli deyil.
Diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk Sherg.az-a vurğulayıb ki, Azərbaycan-Türkiyə qardaşlığından söz açarkən mütləq tarixə nəzər salmaq lazımdır:

“Belə ki, əsrin əvvəllərində Balkan və Birinci Dünya müharibəsində Azərbaycan türkləri Osmanlının yanında idilər. 1915-ci ildə Çanaqqala savaşı buna ən böyük örnəkdir. Daha sonra, 1918-ci ildə Qafqaz İslam Ordusunun Azərbaycanın qurtuluşunda iştirakı faktı bu gün tarixi əlaqələrimizin qurulmasında böyük rol oynayır. Bizi birləşdirən tarixi dəyərlərlə yanaşı, hazırda yüksək səviyyədə inkişaf edən siyasi, iqtisadi və hərbi-strateji əlaqələrimizi də yaddan çıxarmaq olmaz. Münasibətlərimizdəki qardaşlıq beynəlxalq müstəvidə də açıq şəkildə özünü göstərir. Hər iki qardaş ölkə istər regional, istərsə də geosiyasi düzəndə birgə mövqedən çıxış edirlər. Bu, iki qardaş ölkənin birgə gücünü nümayiş etdirir. Bizi həm sevincimiz, həm də kədərimiz birləşdirir. Bunlarla yanaşı, hər iki ölkənin liderlərinin qardaşlıq münasibətləri əlaqələrimizin inkişafını dinamik səviyyədə saxlayır. Kahramanmaraşda Azərbaycanın zəlzələdən zərərçəkənlər üçün tikdiyi məhəllə qardaşlığımızın gerçək örnəyidir. Bu, həm də onu göstərir ki, hər iki qardaş ölkə sözdə yox, əməldə birgədir. Bundan gözəl örnək ola bilməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya