Elnur Məmmədov Surinama səfər edib
Yusif Nəzərli
06:34 05.03.2025
Siyasət
283
3-5 mart tarixlərində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi ilə Azərbaycan Respublikasının hökumət missiyası Surinam Respublikasında səfərdə olub.
Bu barədə XİN-dən məlumat verilib.
Bildirilib ki, missiyanın tərkibinə İqtisadiyyat, Energetika, Elm və Təhsil, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və “AzərGold” QSC nümayəndələri daxildir.
Səfər zamanı Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov Surinam Respublikasının xarici işlər, beynəlxalq biznes və beynəlxalq əməkdaşlıq naziri cənab Albert Ramdin, nazir müavini xanım Miriyam Makkintoş ilə görüşüb.
Görüşlərdə Azərbaycan Respublikasının COP29-a sədrliyi çərçivəsində ötən ilin noyabr ayında ölkəmizə səfər etmiş Surinam Respuiblikasının Prezidenti Çan Santoxi ilə ölkəmizin Prezidenti cənab İlham Əliyevin görüşünun nəticəsi olaraq Surinama Azərbaycan hökumət missiyasının gəlişi qarşı tərəfdən yüksək qiymətləndirilib və hər iki tərəf üçün maraq doğuran məsələlər, o cümlədən yüksək səviyyəli səfərlərin mübadiləsi, sərmayə, nəqliyyat, yaşıl enerji, humanitar, elm və təhsil, mədəniyyət və digər mümkün sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.
Səfər çərçivəsində Azərbaycan Xarici İşlər Nazirliyi ilə Surinam xarici işlər, beynəlxalq biznes və beynəlxalq əməkdaşlıq nazirliyi arasında birinci siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Surinamın xarici işlər, beynəlxalq biznez və beynəlxalq əməkdaşlıq nazirinin müavini Miriyam Makkintoş rəhbərlik edib. Siyasi məsləhətləşmələr zamanı ikitətəfli və çoxtərəfli siyasi əlaqələrin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.
Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Azərbaycanın xarici siyasət prioritetləri mövzusunda Surinamın Xarici İşlər Nazirliyində təqdimatla çıxış edib. Təqdimatdan sonra Elnur Məmmədov Surinamın “CDS” dövlət media agentliyinə müsahibə verib.
Hökumət missiyasının üzvləri üçün Surinamın müvafiq dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri ilə görüşləri təşkil edilib. Müxtəlif sahələrdə investisiya imkanları barədə ətraflı təqdimatlar edilib, əməkdaşlıq perspektivləri haqqında məzmunlu müzakirələr aparılıb.
Səfər zamanı Azərbaycan hökumət missiyasının üzvləri “Staatsoile” dövlət neft şirkətində görüş keçirib, “Tout Lui Fo” neft emalı zavoduna tanışlıq turu təşkil edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
17:24 16.07.2026
Cəmiyyət
Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb
17:17 16.07.2026
Siyasət
Çarukyanın binası bələdiyyəyə verildi
16:57 16.07.2026
Cənubi Qafqaz
VK və "Maks" mesenceri "Google Play" mağazasından silindi
16:50 16.07.2026
Texnologiya
Kəlbəcərdə batan 11 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
16:43 16.07.2026
Hadisə
Rusiya Türkiyəyə təşəkkür etdi
16:35 16.07.2026
Dünya
Şəmkirdə yeniyetmə qıcolmadan ölüb
16:05 16.07.2026
Hadisə
İran Küveytə dron hücumu edib
15:52 16.07.2026
Gündəm
Aya aparılan SSRİ bayrağı 80 min dollara satıldı
15:44 16.07.2026
Futbol
Futbolçu qorxur, mundialdan ölkəsinə qayıda bilmir
15:30 16.07.2026
Futbol
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 11 gəmini vurub
15:15 16.07.2026
Dünya
Politoloq: "3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir
14:59 16.07.2026
Region
Böyük Britaniyada "TikTok"a qarşı rəsmi istintaq başlanıldı
14:54 16.07.2026
Dünya
Yaponiyada ikinci paytaxt yaradılır
14:47 16.07.2026
Dünya
Əliabbas Müznibin “Dirilik” məfkurəsi
14:25 16.07.2026
Tarix
Bakıda güclü külək nə vaxta qədər əsəcək?
14:05 16.07.2026
Ekologiya