
Erməni lobbisinin hücumu: COP29 ərəfəsində Azərbaycana qarşı qaralama kampaniyası aparırlar
14:10 30.09.2024
Siyasət
710
“Dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29 yaxınlaşdıqca erməni maraqlarını müdafiə etməyi özünün öhdəliyi hesab edən dövlətlərin, təşkilatların, fondların və müxtəlif qurumların anti-Azərbaycan davranışlarının, həmçinin ölkəmizə qarşı təzyiqlərinin daha çox şahidi olmaqdayıq və bu da təəccüb doğurmamalıdır”.
Bu fikirləri “Sherg.az”a açıqlaması zamanı siyasi şərhçi Elmir Səftərov bildirib.
O söyləyib ki, tədbir ərəfəsində öz niyyətlərinə nail ola biləcəklərini düşünən həmin dairələr müxtəlif əsassız bəhanələrlə, qarayaxma kompaniyaları ilə geniş şəkildə fəaliyyət həyata keçirirlər:

“Müəyyən şəxslər də qondarma alim, iş adamı və xeyriyyəçi kimi adlara Ruben Vardanyanın və digər cinayətkarların azad olunması üçün çıxışlar edirlər. Terrorçuluğu maliyyələşdirən, Azərbaycan ərazilərində qanunsuz olaraq fəaliyyət göstərən Ruben Vardanyanı müdafiə edən qüvvələr bilərəkdən reallıqları sabotaj edirlər. Xüsusilə Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşarkən insan haqları mövzusunu gündəmə gətirən mərkəzlər hərəkətə keçiblər. "Freedom House", "Human Rights Watch" və bu kimi erməni yönümlü təşkilatlar məsələyə öz nizamnamələri çərçivəsində deyil, maraqları kontekstində yanaşırlar. Onlar 30 il ərzində Azərbaycanın torpaqlarının işğal altında qalmasına, mülki insanların öz evlərindən didərgin salınmasına, qəddarlıqla, işgəncələrlə öldürülməsinə sussalar da, 2020-ci ildə əldə edilən qələbədən sonra ədalətin bərqərar olmasını qəbullana bilmirlər. Başda Fransanın, ABŞ-ın, Kanadanın, Niderlandın, İsveçin, Şotlandiyanın rəsmi şəxslərinin, həmçinin qərbin müxtəlif təşkilatlarının qərəz və böhtan dolu bəyanatlarının şahidiyik. Onlar beynəlxalq ictimaiyyət qarşısında Azərbaycanı məsuliyyətə cəlb etmək üçün bu fəaliyyətləri həyata keçirirlər”.
Ekspert vurğulayıb ki, geniş imkanlara malik erməni lobbi qrupları da COP29-da Azərbaycanı qaralamaq və guya ölkəmizdə insan hüquqlarının, söz azadlığın olmaması, Ermənistana qarşı təcavüz planının mövcudluğu bəhanələri ilə kampaniyalar aparmaq üçün müəyyən şəxsləri ələ alıb, dövlətimizə qarşı istifadə edirlər:
“Azərbaycan həm Vətən müharibəsində, həm də sonrakı illərdə əldə etdiyi qələbələrini beynəlxalq hüquqa əsaslandırdığı üçün istər ermənilər, istərsə də anti-Azərbaycan qüvvələri bu istiqamətdə istəklərinə nail olmayacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA
10:33 13.10.2026
Dünya
Azərbaycanda dəmiryolçuların peşə bayramı qeyd olunur
10:28 13.10.2026
İnfrastruktur
“44” filmi ilə bağlı mətbuat konfransı keçirilib
10:24 13.10.2026
Mədəniyyət
Yuliya Pasternak vəzifəsindən ayrıldı
10:17 13.10.2026
Dünya