Ermənistan Azərbaycanla əvvəllər mövcud olan dəmir yolları üzrə əlaqəni bərpa etməyə hazırdır
Yusif Nəzərli
07:00 14.12.2023
Siyasət
304
Ermənistan regionda kommunikasiyaların açılması üçün əməli və konkret addımlar atmağa hazırdır.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin İrəvanda keçirilən toplantısında deyib.
“Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri 30 ildən artıqdır bağlıdır. Bu gün biz regionda nəqliyyat kommunikasiyalarının açılmasının mümkünlüyü barədə çox danışırıq və müzakirə edirik”, - Paşinyan bildirib.
Qeyd olunub ki, İrəvanın nəqliyyat kommunikasiyalarının açılmasına münasibəti “Sülh kəsişməsi” konsepsiyasında öz əksini tapıb.
Ermənistan hökumətinin başçısı konsepsiyanı təqdim edərək ölkəsinin Azərbaycanla əvvəllər bir neçə istiqamətdə mövcud olan dəmir yolları boyunca əlaqəni bərpa etməyə hazır olduğunu bildirib: “İlk olaraq, Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Tavuş rayonunu birləşdirən şimal marşrutu, ikinci növbədə isə, digərləri ilə yanaşı, Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən cənub marşrutudur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə