Ermənistan KTMT-dən çıxarsa, nələr olacaq? - Şərh: “İranda baş verənlər orada da..."
Yusif Nəzərli
14:12 21.09.2022
Siyasət
539
ABŞ Konqresinin Ermənistan baş naziri Nikol Paşinyanla parlamentdənkənar qüvvələr arasında bu gün keçirilən görüşdə Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hərbi blokundan çıxmaq məsələsi müzakirə olunub. Bu barədə Ermənistanın “Respublika” partiyasının sədri Aram Sarkisyan jurnalistlərə bildirib. Sarkisyan və iclasda iştirak edən bir neçə həmkarı İrəvanın KTMT üzvlüyünə dərhal xitam verilməsi ilə bağlı təklif səsləndirib.
O qeyd edib ki, Nümayəndələr Palatası sədrinin İrəvana səfərini müsbət cavab hesab etmək olar.Nensi Pelosi açıq şəkildə Ermənistana “əlini uzadır” və bizi bütün məsələlərdə dəstəkləməyə hazır olduğunu deyir.
“Respublika” partiyasının rəhbəri əlavə edib ki KTMT-yə üzv olmağımız yeni hərbi texnologiyalarla silah və sursat almağımıza mane olur. Rusiya silah və sursatları və texnologiyaları ilə isə biz həmişə Azərbaycana uduzacağıq.
Ermənistanın KTMT-dən çıxmasının onun təhlükəsizliyinə birbaşa zərbə vuracağını deyən beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli “Sherg.az”a bildirib ki, rəsmi İrəvanın siyasi blokunda olan çatlara görə, bu təklifin parlamentdən keçəcəyini düşünmür:
“Ermənistanın KTMT-dan çıxması rıçaklar yaradır. Burada müxtəlif ssenarilər var. Birincisi, Azərbaycanla müharibədə olan ermənilər tək qalırlar. İkincisi, bəlkə, Fransa doğrudan İranla razılaşıb ki, Rusiyanı rəsmi İrəvandan qovsun. Digər tərəfdən rəsmi Moskvanın 102-ci diviziyası Ermənistanda yerləşir. Onların dövlət sərhədlərininin əksəriyyətini ruslar qoruyur. KTMT-dən çıxmaq onsuz da laxlayan Paşinyan hakimiyyətini, tabuta qoyaraq üstünü torpaqlamaq deməkdir. Burada yalnız mismarı kimin vuracağı maraqlıdır. Rusiyanın indiki məqamda izlədiyi faktiki xətt Ermənistanda baş verəcək qanlı ssenarilərin onun əli ilə olmamasıdır. Amma prosesler buna aparır və bu rəsmi İrəvan üçün vətəndaş müharibəsinin başlaması deməkdir. Əgər KTMT-dən çıxılsa, bu gün İranda baş verənlər orada da təkrarlanacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm