Ermənistan KTMT-dən çıxmağı müzakirə edir: “Rusiya texnologiyaları ilə biz həmişə Azərbaycana uduzacağıq”
Yusif Nəzərli
12:09 21.09.2022
Siyasət
436
Ermənistan baş naziri Nikol Paşinyanla parlamentdənkənar qüvvələr arasında bu gün keçirilən görüşdə Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hərbi blokundan çıxmaq məsələsi müzakirə olunub.
Bu barədə Ermənistanın “Respublika” partiyasının sədri Aram Sarkisyan jurnalistlərə bildirib.
Sarkisyan və iclasda iştirak edən bir neçə həmkarı İrəvanın KTMT üzvlüyünə dərhal xitam verilməsi ilə bağlı təklif səsləndirib.
Sarkisyan, həmçinin bundan sonra atılacaq zəruri addımlar barədə sualı cavablandırıb.
“Dünyada heç bir hərbi ittifaqa daxil olmayan çoxlu ölkələr var. Məsələn, İordaniya heç bir hərbi alyansın üzvü deyil. Və yaxud İsrail heç bir hərbi alyansın üzvü deyil, lakin ABŞ-ın tərəfdaşıdır. ABŞ hər il İordaniyaya 800 milyon dollar dəyərində hərbi yardım göstərir. Mənim hesablamalarıma görə, belə halda Ermənistana hər il 400 milyon dollar məbləğində hərbi yardım göstərilə bilər. Ermənistan hakimiyyətindən KTMT-dən çıxmaqla bağlı effektiv addımlar gözləyirəm. Və həmçinin onlar qarşısında bu tələbi qoyuram.
Əgər buna nail olsalar, lap yaxşı, olmasalar da, bu, onların problemidir. Biz Rusiya bataqlığındayıq və bu bataqlıq bizdən bir şey istəyir: Mehri dəhlizi. Azərbaycan da bizdən bir şey istəyir: onun ərazi bütövlüyünü tanımağımızı və Qarabağdan imtina etməyimizi. Biz bu vəziyyətdən çıxa bilirik, ya yox? Bu vəziyyətdən çıxa bilmiriksə, o zaman həm dəhlizin verilməsi, həm də Qarabağdan imtina edilməsi variantı ilə razılaşmış oluruq. Və bu gün bizə bir əl uzadılıb, əgər bu əldən istifadə etsək, qeyd edilən variantla razılaşmaya bilərik”, - deyə Sarkisyan bildirib.
Sarkisyan həmçinin Ermənistanın ABŞ-dan hərbi əməkdaşlıq təklifi alıb-almaması ilə bağlı sualı da cavablandırıb. O qeyd edib ki, ABŞ Konqresinin Nümayəndələr Palatası sədrinin İrəvana səfərini müsbət cavab hesab etmək olar. Nensi Pelosi ictimai bəyanatlarında bu qəbildən birbaşa təkliflər səsləndirməsə də, Sarkisyan bu səfərin açıq mesaj olduğunu iddia edir.
“Nensi Pelosi açıq şəkildə Ermənistana əlini uzadır və bizi bütün məsələlərdə dəstəkləməyə hazır olduğunu deyir”, - deyə “Respublika” partiyasının rəhbəri əlavə edib.
Sarkisyan əmindir ki, yeganə maneə Ermənistanın KTMT-yə üzv olmasıdır. “Onlar rəqib və ya düşmən olan ölkənin rəhbərlik etdiyi hərbi blokun üzvü olan ölkəyə yeni texnologiyalar vermirlər. Yəni KTMT-yə üzv olmağımız yeni hərbi texnologiyalarla silah və sursat almağımıza mane olur. Rusiya silah və sursatları ilə, Rusiya texnologiyaları ilə isə biz həmişə Azərbaycana uduzacağıq”, - deyə Aram Sarkisyan əmin olduğunu bildirib.
Mənbə: Radio “Azatutyun”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm