Ermənistan öhdəliklərini yerinə yetirmir! – “Güc göstərməliyik”
Yusif Nəzərli
12:41 10.02.2022
Siyasət
990
Az qala 30 ildir, Azərbaycan birinci Qarabağ müharibəsində əsir və girov götürülmüş, itkin düşmüş əsgərlərini tapa bilmir. Elə ailələr var ki, bu günə qədər itkin yaxını haqqında məlumatı yoxdur, o anaların hələ də gözü yoldadır. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Dövlət Kommisiyasının statistikasına görə, onlardan 3 171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri isə qocadır.İtkin düşən şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 qoca əsir-girov götürülüb və ya işğal edilən ərazilərdə qalıblar.
Lakin həmin şəxslərin sonrakı taleyi ilə bağlı məlumat yoxdur.
Xarici İşlər Naziri ( XİN) Ceyhun Bayramov mövzu ilə bağlı açıqlama verib.
Onun sözlərinə görə, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və XİN bu illər ərzində əsir və girovlarla bağlı davamlı fəaliyyət göstərib, Azərbaycan bütün mümkün beynəlxalq platformalarda bu məsələni qaldırır.
Ceyhun Bayramov deyib ki, Ermənistanın hansı beynəlxalq humanitar hüquq normalarını pozduğu göstərilməklə, BMT və onun müxtəlif agentlikləri, ümumiyyətlə, bütün beynəlxalq təsisatlarda bu məsələlər qaldırılır:
"Azərbaycan 44 günlük Vətən müharibəsi başa çatandan sonra həm Beynəlxalq Qızıl Xaç Komitəsi, həm Rusiya, həm Ermənistan hərbçiləri ilə bu istiqamətdə əlaqələr yaratdı, birgə fəaliyyət apardı. Bu fəaliyyət nəticəsində 1709 erməni hərbçisinin cəsədi tapılaraq qarşı tərəfə təhvil verildi. Hərbi əməliyyatlar 2020-ci ilin noyabr ayında bitib, sonrakı qış aylarında, ağır şəraitdə, dağlarda, minalanmış ərazilərdə bu fəaliyyət həyata keçirilib. Azərbaycan hərbçiləri də bu işlərdə iştirak edib. Ancaq 30 il keçəndən sonra Ermənistan tərəfindən bu istiqamətdə hansısa tədbirlər görülmür və buna bir don geyindirilir”.
Ermənilərin əsir və itkin, girov götürülmüş şəxslərə yanaşması barədə "Sherg.az"a danışan millət vəkili Elman Məmmədov bildirib ki, erməni olmaqları hər şeydən xəbər verir, bu, bir xəstəlikdir:
"Onlar bütün tarix boyu heç bir sövdələşmədə, münasibətdə, əlaqədə səmimi olmayıblar. Bu gün də qeyri- səmimiliyi, xəyanatkarlığı, namərdlikləri davam edir. Onlar sözdə razılaşırlar, istədiklərini əldə edirlər. Sonra öhdəliklərini yerinə yetirmirlər. Minalanmış sahələrin xəritələrin verilməsində, əsirlərin dəyişdirilməsində, sərhəd və Zəngəzur dəhlizi məsələsində də özünü göstərir. Ermənistana etibar etmək doğru deyil. Razılaşma vaxtı qabaqcadan nəyisə verməməliyik, almalıyıq, ardınca qarşılıqlı reallaşdırmalıyıq. Erməni cığallığı tarix boyu təsdiqini tapıb.
Nəsə almaq üçün danışıqlar yolu, xoşluq işə yaramır. Yalnız məcburiyyət qarşısında qoyub nəsə almaq mümkündür. 44 günlük müharibədə və bitdikdən sonra da belə oldu. Bütün məsələlərdə belə üsul tətbiq edilməlidir. "Sən bunu etməlisən!".
Şərtlə danışıqla mümkün deyil. Əgər alınsaydı, 30 il ərzində aparılan danışıqlar uğurla nəticələnərdi. Heç nəyə nail ola bilmədik.
"Dəmir yumruq" işə düşən kimi Azərbaycan əsgəri sözünü deməyə başladı, sülhə məcburetmə metodu ilə istədiklərimizi gerçəkləşdirdik.
Erməniyə güc göstərməliyik. Onlar güc görməsə, heç vaxt deyiləni icra etmirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol