
Ermənistanda barış tərəfdarları artır
08:37 22.09.2021
Siyasət
419
Paşinyanın Ankaraya əməkdaşlıq çağırışı ölkəsində pozitiv qarşılanır
Türkiyədən faydalanmaq ermənilərə hava-su qədər lazımdır
Uzun müddətdir diplomatik əlaqələr olmadan yaşayan Türkiyə və Ermənistandan münasibətlərin normala dönməsi yönündə açıqlamalar gəlməkdədir. Artıq Türkiyə təyyarələri Bakıya Ermənistan üzərindən uçmağa başlayıb. Təhlilçilərə görə, bu hal iki ölkə arasında münasibətlərin normallaşmasına doğru müsbət əlamət sayıla bilər. Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə ilə "heç bir şərt olmadan" barışığa hazır olduğunu bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə deyib ki, əgər İrəvan bu addımı atmağa hazırdırsa, Ankara Ermənistan hökuməti ilə “münasibətləri tədricən normallaşdırmaq üçün işə başlaya bilər”.
Erməni mediasında Ermənistanın Türkiyə ilə yaxınlaşmaq cəhdi İrəvanın Ankara üzərindən Qərbə çıxış tapmaq istəyi ilə izah olunur. Paradoks olsa da, Nikol Paşinyan və onun komandası Türkiyəni Avropaya açılan pəncərə kimi görür. Məhz buna görə müharibədən dərhal sonra Paşinyanın komandasının aparıcı simaları Türkiyə ilə əməkdaşlığın qurulmasının və “qalib tərəflə dialoqun” zərurətindən danışmağa başlayıblar. Politoloq Binyamin Matevosyan Ermənistan-Türkiyə barışının Moskva üçün yüksək siyasi risklərin olduğunu deyib. Onun sözlərinə görə, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri nizamlanarsa, Rusiya ordusunun Qarabağda və Ermənistanda olması üçün heç bir rəsmi əsas qalmayacaq: “Nəticə olaraq, nə 102-ci bazaya, nə də sülhməramlılara ehtiyac olacaq”.
Görünən odur ki, son dönəmlər Ermənistan cəmiyyətində Türkiyə və Azərbaycanla əməkdaşlıq olduqca həssas bir mövzu olaraq qalır. Bir çox siyasi bəyanatlarda Ermənistanla Türkiyənin mümkün yaxınlaşması “milli dəyərlərə” xəyanət kimi qəbul olunur.
Digər tərəfdən bu addımın uzunmüddətli sülhə yol açacağı vurğulanır. Digər siyasi şərhçi Riçard Giraqosyanın sözlərinə görə, Paşinyanın bəyanatları Ermənistanda populyar olmasa da, "pozitivdir" və buna görə indi Türkiyənin necə bir addım atacağı gözlənilir: “Hər iki ölkənin sakinləri yeni münasibətlərin perspektivinə eyni zamanda “ümid və şübhə” ilə baxırlar”. Ermənistan baş nazirinin mətbuat katibi Mane Gevorkyan isə bildirib ki, hazırda Ermənistan və Türkiyə rəsmi şəxsləri arasında heç bir əlaqə yoxdur. Lakin rəsmi İrəvan buna hazırdır: “Effektiv iş halında Ermənistan ən yüksək səviyyədə görüşlərə hazır olacaq”.

Qərb Universitetinin professoru Fikrət Sadıqov “Şərq”ə açıqlamasında bildirib ki, Ermənistan məğlub tərəf kimi çox gözəl başa düşür ki, başqa çıxış yolu yoxdur. Politoloq vurğulayıb ki, Paşinyan hökuməti fərqindədir ki, yaxın dönəmdə Türkiyə və Azərbaycanla münasibətləri bərpa etməsələr, ölkənin onsuz da bərbad durumda olan iqtisadiyyatı tam çökəcək:
“Erməni cəmiyyətində sağlam düşüncəli insanlar və müəyyən siyasi dairələr bu reallığı başa düşürlər. Paşinyanla yanaşı, ictimaiyyətin bəzi nümayəndələri, ekspertlər də etiraf edirlər ki, ermənilərin xoşbəxt gələcəyi qonşularla normal münasibətdən keçir. Amma hələlik Paşinyanın pozitiv bəyanlarına birmənalı etibar etmək olmaz. Çünki baş nazirin ritorik açıqlamaları, bir-birinə zidd olan sərsəm bəyanatları hələ unudulmayıb. Baş nazirin sözləri əməldə özünü doğrultmalıdır. İlk təşəbbüsünü həyata keçirməyə başlasa, bunun arxası gələcək. Əslində məhz indiki məqamda İrəvan hökumətini yumşalmağa sövq edən amillər var. Azərbaycan Qarabağda sürətli quruculuq və bərpa işləri aparmaqla yanaşı, həm Türkiyə, həm Pakistanla hərbi təlimlər keçirir. Düşmənə və onun havadarlarına təsirli mesajlar verir. Ermənistan rəhbərliyi mesajı düzgün dəyərləndirməyi bacarmalıdır. İrəvanı dalana dirəyən məqam odur ki, Ermənistan zəruri anda himayədarı Rusiyadan dəstək ala bilmir. Moskvanın neytral mövqedə qalması, ermənilərə maddi yardımları azaltması mühüm təsiredici amillərdir. Güclü iqtisadiyyata malik olan Türkiyə ilə əməkdaşlıq Ermənistan üçün daha cəlbedici və vacibdir. Paşinyan yaxşı başa düşür ki, Türkiyədən faydalanmaq ermənilər üçün hava-su qədər önəmlidir”.
İsmayıl Qocayev
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya