Ermənistanda etirazlar səngimir: KTMT qoşun yeridə bilər
Banuçiçək Kalbalıyeva
12:28 17.12.2020
Siyasət
639
Çünki Putin Paşinyanın hakimiyyətdən getməsini istəmir”
“Baş nazir olacaq istənilən şəxs ultramillətçi və təxribatçıdırlar. Onlar region qana boyaya bilərlər”
“Kreml isə yaxın gələcəkdə bölgədə sakitliyin təmin olunmasında maraqlıdır”
Ermənistanda Qarabağ məğlubiyyətindən sonra siyasi gərginlik pik nöqtəyə çatıb. Övladları itkin düşmüş əsgər yaxınları Müdafiə Nazirliyinin darvazalarını sındıraraq əraziyə daxil olublar. Yüzlərlə insan nazirliyin binasında məsul şəxslərin onlara cavab verməsini tələb edib. Daha bir etirazçı qrup isə Gümrü-Bavra yolunu bağlayıb. Bu magistral yol Ermənistanı Gürcüstanla birləşdirən əsas yol hesab olunur.
Etirazçılar baş nazir Nikol Paşinyanın dərhal istefa verməsini tələb ediblər. Bir sözlə, mitinq dalğası davam etməkdədir. Bu xaotik vəziyyətin nə ilə nəticələnəcəyi isə çoxlarını düşündür.
Politoloq Qabil Hüseynli lazım gələrsə, Rusiyanın məsələyə müdaxiləsini istisna etmir. O, “Sherg.az”a deyib ki, iki variant var: ya Putin vədinə əməl edərək KTMT qoşunu vasitəsilə aksiyaları dağıdıb, etirazçıları neytrallaşdıracaq, ya da Paşinyanın devrilməsinə səssiz qalacaq:
“O, baş nazirin hakimiyyətdən getməsini istəmir. Çünki Kreml yaxın gələcəkdə bölgədə sakitliyin təmin olunmasında maraqlıdır. Hakimiyyət dəyişikliyi isə bəyanatın şərtlərinin pozulmasına və birbaşa yeni müharibənin başlanmasına səbəb ola bilər. Sadəcə aksiyalar müxalif qüvvələrin dediyi qədər təhlükəli deyil. Yəni etirazçıların sayı Paşinyanı “taxtdan salmağa” kifayət etmir. Baş nazir özü də polis dəstələrinin köməyi ilə onları aradan çıxara bilər. Amma məsələnin miqyasının böyüyəcəyi təqdirdə, dediyim kimi, KTMT qoşununun Ermənistana daxil olması realdır”.
Q. Hüseynlinin sözlərinə görə, Paşinyan hələ daha bir müddət hakimiyyətdə qalacaq:
“Baş nazirin siyasi taleyi Baydendən daha çox, Putindən asılıdır. Putin isə onun devrilməsini istəmir. Hətta təxminən iki həftə əvvəl KTMT-nin növbəti iclasında da iştirakçılardan Paşinyanı müdafə etmələrini xahiş edib.
Ümumiyyətlə, o, indi bütün post-sovet ölkələri, o cümlədən də Azərbaycan və Rusiya üçün arzuolunan siyasi fiqurdur.
Beləliklə, potensialından axıracan istifadə etmək barədə qərar verilib. Nəzərə almaq lazımdir ki, baş nazir olacaq istənilən şəxs ultramillətçi və təxribatçıdırlar. Onlar region qana boyaya bilərlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
25 dəqiqəyə biletlər tükəndi!
03:23 07.05.2026
Şou
Qəzzada HƏMAS liderlərindən birinin oğlu öldürüldü
02:42 07.05.2026
Dünya
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm