Ermənistanı sıxışdırmağa davam etməliyik
Yusif Nəzərli
08:01 09.12.2021
Siyasət
793
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddiası üzrə qərarını açıqlayıb. Məhkəmə İrəvanın əsas iddiası və məqsədi olan Azərbaycanda saxlanılan erməniəsilli şəxslərin dərhal və qeyd-şərtsiz geri qaytarılmasına dair iddiasını təmin etməyib.
Həmçinin Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası da cavabsız qalıb. Beləliklə, İrəvan beynəlxalq müstəvidə növbəti dəfə ifşa olunub. Bu, Brüssel görüşü ərəfəsində əlimizi gücləndirən fakt oldu.
Ancaq bundan sonra Ermənistanın havadarlarının, o cümlədən Fransanın mövqeyinin dəyişəcəyini düşünmək doğru deyil.
Çünki onlar İrəvanı haqlı olduğuna görə dəstəkləmirlər. Özləri də hər şeyi görür, anlayırlar. Sadəcə Ermənistan bir çox üçün sadəcə “maşa”dır.
Beynəlxalq Ədalət Məhkəməsinin əsas qərarlarından biri də Ermənistanda hakimiyyətin radikal qüvvələrlə daha ciddi mübarizə aparması ilə bağlıdır. Bu, hər şeydən əvvəl mövcud iqtidarın kifayət qədər güclü olmadığını, daxildə ikitirəliyin hökm sürdüyünü göstərən məqamdır. Əsas məsələ isə başqadır: baş nazir Nikol Paşinyan sözügedən öhdəliyi yerinə yetirə biləcəkmi? Özü bilsin.
Hər halda radikal qruplaşmaları neytrallaşdırmaq hər kəsdən çox elə Paşinyanın özünə lazımdır. Biz istənilən halda işimizi görəcəyik. Geri çəkilməməli, əksinə, hücum mövqeyində daha qətiyyətli addımlar atmalıyıq.
Beynəlxalq hüquqi platformalarda Ermənistanın sıxışdırılması prosesi bundan sonra da davam etməlidir. Məlumdur ki, otuz il ərzində yığılan məsələləri bircə məhkəmə ilə həll etmək mümkün deyil. İkinci bir tərəfdən isə biz hüquqi-siyasi meydanda irəlilədikcə İrəvan həm tədricən təklənəcək, həm də normal, konstruktiv mövqe sərgiləməyə məcbur qalacaq.
Kənan Novruzov
Xəbər lenti
Hamısına bax
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə
Oqtay Gözəlova yüksək vəzifə verildi
14:54 06.10.2026
Sağlamlıq