“Biz elə etməliyik ki, Rusiyanın bu addımları bizim xeyrimizə nəticələnsin"
Ermənistanın görəcək günləri qabaqdadır - ŞƏRH
12:25 28.05.2024
Siyasət
616
Rusiya hər vəchlə çalışacaq ki, İrəvana maksimum təzyiq göstərsin
“Biz elə etməliyik ki, Rusiyanın bu addımları bizim xeyrimizə nəticələnsin"

“Biz elə etməliyik ki, Rusiyanın bu addımları bizim xeyrimizə nəticələnsin"
Məlum olduğu kimi, mayın 24-də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Moskvaya geri çağırılıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bunu səfirin məsləhətləşmələr üçün gəlməsi ilə əlaqələndirib. Son dönəmdə İrəvanla Moskva arasında münasibətlərdə ciddi soyuqluq yaranıb. Ermənistanın Qərbə üz tutmağa çalışması Kremli xeyli dərəcədə qıcıqlandırıb. Erməni politoloq Stepan Danielyan deyib ki, səfirlər vaxtaşırı məsləhətləşmələr üçün gəlirlər. Ekspertin iddiasına görə, Kopırkinin Moskvaya çağırılmasının səbəblərindən biri Lukaşenkonun Qafqaz üçün maraqlı təklifi ilə bağlı bəyanatı ola bilər. S.Danielyan istisna etməyib ki, Rusiya səfirinin Moskvaya çağırılması Belarus Prezidenti Aleksandr Lukaşenkonun Minskdə Vladimir Putinlə görüşdə səsləndirdiyi “mənim regionumuz və Qafqaz üçün çox maraqlı təkliflərim var ki, onları Azərbaycana səfərimiz zamanı ciddi müzakirə etdik” bəyanatı ilə bağlı ola bilər: “Səfirin Moskvaya çağırılmasının gözlənilən olub-olmadığını dəqiq deyə bilmərəm, çünki pərdə arxasında bir çox proseslər gedir. Amma bu artıq Əliyevlə görüşdə müzakirə etdiyi Qafqazla bağlı çox maraqlı təklifi olduğunu deyən Lukaşenkonun bəyanatı ilə bağlı ola bilər. Bu, təsadüfi bəyanat deyil, Ermənistanla bağlı siyasət dəyişir və hansısa qərar qəbul oluna bilər”. Danielyanın fikrincə, əgər bu, hansısa şəkildə Rusiya səfirinin Moskvaya çağırılması ilə bağlıdırsa, o deməkdir ki, ciddi dəyişikliklər ola bilər: “Mümkün yeni inkişaflar Ermənistan-Rusiya münasibətləri ilə bağlı olacaq. Hadisələrin necə inkişaf edəcəyini deyə bilmərəm, lakin bu, onların Qafqazla bağlı siyasətinə aiddir, hansısa istiqamətdə ciddi qərarlar qəbul edilə bilər”.
Politoloq Tural İrfan "Sherg.az"a deyib ki, Ermənistan heç zaman müstəqil olmayıb və indi də müstəqil siyasət aparmaq cəsarətinə sahib deyil. Analitik vurğulayıb ki, Rusiyanın orbitindən çıxaraq tamamilə Qərbə üz tutmaq şübhəsiz ki, Ermənistan üçün gərgin nəticələrə gətirə bilər:
"Rusiya hər vəchlə çalışacaq ki, Ermənistana maksimum təzyiq göstərsin. Səfirin geri çağırılması da daxil siyasi təsirlər edəcək. Rusiyanı əsas narahat edən Ermənistanın Qərblə yaxınlaşması nəticəsində Rusiya əleyhinə fəaliyyətlərdir. Ona görə Ermənistan balanslı siyasət apara bilmir. Eyni zamanda Ermənistanın daxilində keçmiş rəhbərlikdən ibarət müxalifət düşərgəsi də var ki, bunlar Rusiyameylli qüvvələrdir. Qərbin ümumiyyətlə məqsədi Qafqazda gücünü göstərmək, Rusiya əleyhinə dirəniş göstərməkdir. Yoxsa Ermənistan Qərb üçün maşadan qeyri bir işə yaramaz. Rusiya ilə Ermənistanın münasibətlərinin gərginləşməsindən biz də istifadə etməliyik. Ancaq Ermənistanın Qərbin də tam təsirinə düşməsinə imkan vermək olmaz. Çünki Qərb dövlətlərindən Fransa kimi ölkələr Ermənistanı Azərbaycan və Türkiyə əleyhinə istifadə edirlər. Bu baxımdan regionda yeni münaqişələrə rəvac verilməməlidir və Ermənistan nəzarətdə saxlanmalıdır. Hesab edirəm ki, Rusiyanın Ermənistana təzyiqləri davam edəcək. Ancaq biz elə etməliyik ki, Rusiyanın bu addımları bizim xeyrimizlə nəticələnsin".
Oxşar xəbərlər
Türkiyə səfiri: "Azərbaycanla münasibətlərimiz tarixdə ən yüksək mərhələni yaşayır"
16:00 11.05.2026
İlham Əliyev: "44 gün ərzində bizə təzyiq göstərənlər arasında nüvə dövlətləri var idi"
14:20 10.05.2026
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya