
FETÖ-dən Baydenə müraciəti: Məktub Türkiyə -ABŞ münasibətlərinə necə təsir edəcək? -RƏY
13:20 20.06.2024
Siyasət
625
Fətullahçı Terror Təşkilatı (FETÖ) daxilindəki çatları aradan qaldırmaq üçün ABŞ prezidenti Co Baydenə Türkiyədən şikayət məktubu yazıb. Təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, məktubda Baydendən FETÖ-çü məhbusların qeyd-şərtsiz azadlığa buraxılması və işlərinə qayıtması və Türkiyə hökumətinə təzyiq göstərilməsi istənilib.
Sherg.az xəbər verir ki, bəzi ABŞ konqres üzvlərinin də yer aldığı məktub Türkiyə-ABŞ münasibətlərinə mənfi təsir göstərmək məqsədi daşıyır.
Məktubda FETÖ-çü üzvlərə qarşı “ədalətsiz siyasətlərin” aparıldığını bildirirlər.
FETÖ-yə mənsub məhbusların qeyd-şərtsiz azadlığa buraxılması və işlərinə qayıtmalarına icazə verilməsi tələb olunur.
Məktubda FETÖ üzvləri Avropa İnsan Haqları Məhkəməsinin Səlahəddin Dəmirtaş, Osman Kavala və Yüksel Yalçınkaya qərarları ilə bağlı ABŞ prezidenti Baydenə Türkiyə hökumətinə təzyiq göstərmələri istənilib.
FETÖ üzvləri hələlik məktubu paylaşmayıb. Təşkilat məktubu paylaşmazdan əvvəl imzatoplama kampaniyası təşkil etməyə başlayıb.
FETÖ məktuba əlavə olunacaq imzaların sayını artırmaqla təşkilatın ABŞ prezidenti Bayden üzərində təsirini artırmağı hədəfləyir.
Təhlükəsizlik mənbələri məktubun 2024-cü ilin iyulunda ABŞ-da keçiriləcək və prezident Rəcəb Tayyib Ərdoğanın da qatılacağı NATO Liderlər Zirvəsi öncəsi yazıldığını da vurğulayır.
FETÖ lideri Fətullah Gülənin xəstələndikdən sonra qaçırılması iddialarının təşkilat daxilində parçalanmaya səbəb olduğu, qopmaların yaşanmağa başladığı, insanların bu üsulla fərqli yol axtarmağa başladığı dəyərləndirilib.
Sözügedən məsələni “Sherg.az”a şərh edən siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Bu tipli məktublar Amerika Birləşmiş Ştatları və Türkiyə münasibətlərinə mənfi təsir göstərən amil deyil:

“Çünki Türkiyə və ABŞ münasibətləri sözügedən məsəslələr üzərində qurulmayıb. İki ölkəni bir arada saxlayan çox köklü məsələlər var. Məsələn, Türkiyə və ABŞ NATO çərçivəsində müttəfiq sayılırlar. Həmçinin digər məsələlərdə də ortaq çalışmalar və fəailiyyətlər mövcuddur. Yəni bu qədər məsələlərin içərisəndə sözügedən məktub sayəsində əlaqələrin pisləşməsi gözlənilən deyil. Düzdür, bir sıra məsələr üzərində iki tərəf arasında uyğunsuzluqlar olur. Amma həmin məsələlər sonradan aradan qalxır. Yəni Amerika tərəfi bütün bu dostluğun üzərindən keçib FETÖ terror təşkilatına dəstək üçün addımlar atacaqsa, belə hadisə anlaşılmazdır. Bu addımlar dövlət üçün çox sıxıntılar yarada bilər. Ona görə də FETÖ-nin məktub yazmasının təsiri olacağını düşünmürəm. Türkiyə tərəfindən də FETÖ-nin gətirilməsi ilə bağlı təzyiqlər artıb. Həps olunan şəxslərlə bağlı isə konkret məhkəmə qərar verib. Yəni bu məsələrin bir məktubla dəyişdirmək inandırıcı deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya