
Filmin sonu
23:32 13.06.2024
Siyasət
538
Rus sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ərazimizi tam tərk edib “Qısa müddətdə Azərbaycan regional gücə çevrildi, Rusiya da öz hərəkəti ilə bunu isbat etdi"
Vətən müharibəsindən sonra Azərbaycanda müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ərazimizi tam tərk edib. Qarabağ münaqişəsi həll edildikdən sonra “Rusiya sülhməramlıları necə olacaq” sualı cavabsız qalmışdı. Nəhayət, buna cavab verildi və aprel ayından başlayaraq rus hərbi kontingenti Qarabağı tərk etməyə başladı. Əslində, 2020-ci ilin 10 noyabrında rus əsgərinin sülhməramlı sifətində Qarabağa gəlişi müvəqqəti olmaqla bərabər, simvolik xarakter daşıyırdı. 2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatından sonra rusların Qarabağda qalmasının məntiqi əsası yox idi. Bəzi ekspertlər rus hərbçilərinin Qarabağda qalmasının 2025-ci ilə qədər davam etməyəcəyini, vaxtından tez çıxa biləcəyini söyləyirdilər. Elə də oldu və bir dövr qapandı. Rus qoşunları Qarabağı, Azərbaycan torpaqlarını tamamilə tərk etdilər.
Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında bildirib ki, həqiqətən də, Rusiya ordusunun Azərbaycanın Qarabağ ərazisini tərk etməsi regional olaraq çox böyük bir prosesin sonu oldu:

"Bu, tək rus ordusunun Azərbaycan ərazisindən çıxmaq yox, eyni zamanda "Qarabağ məsələsi"nin tamamı ilə bağlanmasıdır. Artıq belə bir məsələ yoxdur. Bu məsələ tarixin arxivinə atıldı. Təbii ki, Azərbaycan və Rusiya arasında olan inam mühitinin mövcudluğu bu prosesləri labüd etdi. İki ölkə 2022-ci ildə strateji əməkdaşlıq müqaviləsi imzalayandan sonra prosesin belə nəticələnəcəyini ehtimal etmək olurdu və elə də oldu. Azərbaycanın artan gücü və nüfuzu Rusiya üçün strateji müttəfiq kimi vacib amildir. Zəif ölkələr, məsələn, Ermənistanın özünə kənarda müttəfiq axtarması Rusiya üçün siqnal oldu. Moskva Azərbaycanın güclənməsinin vacib olduğunu başa düşdü. Öz ordusunu Azərbaycandan çıxarmaqla sübut etdi ki, Azərbaycanın artan nüfuzu və gücü sübuta yetirir ki, onun ərazisində başqa ölkənin ordusuna ehtiyac yoxdur. Azərbaycan özü regional gücdür. Rusiya da öz hərəkəti ilə bunu isbat etdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə