Fransa Müstəmləkələrinin Beynəlxalq Azadlıq Cəbhəsi Kanaki və Martinikdəki vəziyyətlə bağlı bəyanat yayıb
Yusif Nəzərli
06:51 15.10.2024
Siyasət
426
Fransa Müstəmləkələrinin Beynəlxalq Azadlıq Cəbhəsi Kanaki və Martinikdəki vəziyyətlə bağlı bəyanat yayıb.
APA xəbər verir ki, bəyanatda deyilir ki, Kanakidən sonra Martinikdəki bugünkü üsyan təsadüfi deyil.
Qeyd olunub ki, bu iki ölkənin haqlı tələblərinə məhəl qoymayan Fransa buna yalnız repressiya və zorakılıqla cavab verir:
“Bu iki ərazi iqtisadi cəhətdən çöküb və ticarət fəaliyyətlərindən əldə olunan mənfəətlər yalnız müstəmləkəçilər tərəfindən mənimsənilir. Sakit okean hövzəsində kaldoşlar və Karib dənizi sahillərində bekelərin əldə etdikləri mənfəətlər ƏDV vasitəsilə Fransa dövlətinin xəzinəsini şişirdir.
Martiniki bürüyən bugünkü sosial qəzəbin iki əsas səbəbi var – yaşamağın baha olması və yerli əhaliyə qarşı hörmətsizlikdir. Baha həyat, ərzaq asılılığının ifrat səviyyəsi, zəif inkişaf, aşağı gəlirlər və davamlı müstəmləkə yoxsulluğun nəticəsidir. Bundan əlavə, bu vəziyyət Martinik torpaqlarının müsadirəsi, ikili məhkəmə sistemi, gənclərin kütləvi köçü müstəmləkə siyasəti problemlərəri ilə bağlıdır.
Bu, Martinikdəki müstəmləkə sisteminin dözülməz təzahürüdür”.
Bəyanatda bildirilib ki, ilk dinc etirazlara Fransa dövləti bir daha adsız zorakılıqla cavab verdi və hazırda repressiyanı tətbiq etməkdə davam edir:
“Beynəlxalq Azadlıq Cəbhəsi keçmişə aid üsul-idarəyə qarşı çıxır. Çünki bunlar müstəmləkəçi dövlətin demokratik tənəzzülünü nümayiş etdirir.
Cəbhə hesab edir ki, həqiqi bir dekolonizasiya strategiyasının həyata keçirilməsi zəruridir. Bu strategiya Martinik xalqına xidmət edən və onun ləyaqətli gələcəyini təmin edəcək iqtisadi sistem qurmağa yönəlməlidir.
Biz, heç bir respublika dəyərini təmsil etməyən və yalnız hakimiyyət sahiblərinin və onların yerli tərəfdarlarının təhlükəsizliyini təmin edən CRS8-in (kənardan gətirilən silahlı təhlükəsizlik qüvvələri) dərhal çıxarılmasını tələb edirik.
Cəbhə Kanakinin institusional problemlərinin və müvafiq iki ərazinin iqtisadi, sosial və siyasi problemlərinin demokratik həllini tələb edir.
Bu həll öz müqəddəratını təyinetmə və müstəqilliyə doğru real addım olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Payızda bu 2 qida mütləq yeyilməlidir
07:17 16.11.2026
Sağlamlıq
ABŞ-ın daha bir aviadaşıyıcısı Yaxın Şərqə gəlir
06:42 16.11.2026
Aktual
Serial eşqi gerçək oldu
03:33 16.11.2026
Şou
Qanınızı qatılaşdıran 2 əsas səbəb
02:56 16.11.2026
Sağlamlıq
Hörmüz boğazında tanker minaya düşüb
01:59 16.11.2026
Son dəqiqə
Saakaşvili milli komandanı dəstəkləməyəcək - Səbəb
01:40 16.11.2026
Aktual
İran XİN: ABŞ-nin Tehranın şərtlərinə cavabı praktik deyil
00:37 16.11.2026
Region
KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
00:16 16.11.2026
Aktual
Çexiyada son 40 ilin ən böyük etirazı...
23:33 15.11.2026
Dünya
Xırdalanda güclü külək 7 avtomobilə ziyan vurub
23:15 15.11.2026
Hadisə
Husilər Ər-Riyadda hava limanını hədəfə aldıqlarını açıqlayıblar
22:56 15.11.2026
Gündəm
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region