
Fransa özünü rəzil etdi -ŞƏRH
Yusif Nəzərli
03:06 16.03.2024
Siyasət
369
O günə qaldılar ki, Natəvanın heykəlindən qisas almaq yolunu tutdular
Fransanın Azərbaycana qarşı qərəzli siyasəti bütün sərhədləri və etik çərçivələri aşır. Azərbaycan şairəsi Xurşudbanu Natəvanın heykəlinə bu münasibət rəsmi Parisin normal, şərəfli siyasi mübarizə apara bilməməsinin göstəricisidir. Bu, həm də bir zəiflik əlamətidir. Fransa kimi tarixi dövlətçilik ənənələri olan bir dövlətin üç-beş erməni lobbisi üzvlərinin əlində qalması təbii ki, üzücüdür və təəssüf doğurur. Bu ölkənin hazırkı rəhbərliyinin içiboş aqressiyası onu geosiyasi dalana salıb və günlər keçdikcə biz bu siyasətin Fransa üçün hansı acı nəticələrə səbəb olduğunu və olacağını görürük. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əsaslı, savadlı və arqumentli siyasəti ilə Fransanın bu ədalətsiz və yersiz kampaniyasına qarşı mübarizə aparır. Bu gün Fransada sevgini, humanizmi tərənnüm edən qadın şairənin heykəlinə qarşı nümayiş etdirilən vandalizm heç bir sivil çərçivələrə sığmır. Heykələ qarşı qeyri-etik hərəkət yalnız acizliyin göstəricisidir. Əgər Fransa siyasi mübarizənin bu səviyyəsinə enibsə, deməli, bunu Azərbaycanın diplomatik qələbəsi saymaq lazımdır. Ötən gün Bakıda “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən dövlət başçısının bu mövzuya xüsusi toxunması, Natəvanın heykəlinin fotoşəkillərini nümayiş etdirməsi həm tədbir iştirakçılarının, həm də beynəlxalq KİV vasitəsilə dünyanın bu vandalizm barədə məlumat əldə etməsi üçün cəsarətli addımdır. Heykələ qarşı belə bir aqressiya Afrikada, ərəb ölkələrində milyonlarla insanın həyatına son qoymuş fransız müstəmləkəçiliyinin, soyqırımı siyasətinin davamıdır, belə demək mümkündürsə, müasir formasıdır. Cənubi Qafqazda sabit və möhkəm sülhün, işgüzar mühitin, iqtisadi tərəqqinin qarşısında duran yeganə dövlət, maneə Fransadır. Paris Ermənistanı silahlandırmaqla, bu ölkədə yaşayan daşnakları Nikol Paşinyan hakimiyyəti ilə barışdırmağa çalışmaqla erməni cəmiyyətində revanşizmin güclənməsinə bais olur. Parisdə hesab edirlər ki, bu yolla son 3 ildə itirdiklərini qaytara biləcəklər. Ancaq bu, xam xəyallardır. Onların gücü yalnız qadın heykəlinə çatır.
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Fransanın tutduğu revanşist, qızışdırıcı mövqe Cənubi Qafqazda qalıcı sülhün bərqərar olmasını əngəlləyir:

"Dövlət başçısı İlham Əliyev tamamilə düzgün olaraq qeyd etdi ki, dünya birliyindən fərqli olaraq Fransa hökumətinin İkinci Qarabağ müharibəsinin və lokal antiterror əməliyyatının nəticələrinə münasibəti qeyri-adekvatdır və beynəlxalq hüquqa ziddir. Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün qoşun göndərəcəyini bəyan edən Fransa, öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana münasibətdə isə tamamilə əks mövqe tutur və ölkəmizi cəzalandırmaq üçün BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı üzərindən ən müxtəlif cəhdlərə əl atır. Lakin Fransa Prezidenti Emmanuel Makronun Azərbaycanı cəzalandırmaq cəhdlərinin hamısı uğursuzluqla nəticələnib. Ona görə də barbarlığa, vandalizmə əl ataraq Evian şəhərində Azərbaycan şairi Natəvanın heykəlindən qisas almaq yolunu tutdular. Bəli, Fransa özünü bu dərəcəyə qədər kiçiltdi, rəzil etdi. Azərbaycan Prezidenti bir çox hallarda özünü mənəvi lider kimi qələmə verən Fransa kimi bir ölkədə belə halların qəbuledilməz olduğunu söyləməkdə haqlıdır. Dövlət başçımız bu çıxışı ilə Fransanın yalançı “mənəvi lider”, “mədəniyyətin beşiyi” maskasını cırdı".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol
Azərbaycan lideri Trinidad və Tobaqo Prezidentini təbrik edib
11:15 31.08.2026
Gündəm