Gürcüstan anlayır: “Qərbə çıxış üçün ən təhlükəsiz yol Türkiyədən keçir”
Yusif Nəzərli
14:09 05.10.2021
Siyasət
470
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu ölkədə səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşüb. Bu barədə Gürcüstanın hökumət administrasiyasının mətbuat xidmətindən bildirilib. İki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq və regionda təhlükəsizliyə təhdidlər görüşün əsas müzakirə mövzularından olub.
Tərəflər Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığı və sıx ikitərəfli əlaqələri vurğulayıblar. Qeyd olunub ki, onilliklər ərzində Türkiyənin Gürcüstana praktiki dəstəyi ölkənin Müdafiə Qüvvələrinin inkişafında xüsusi rol oynayıb. Müdafiə mexanizmlərinin gücləndirilməsində və təhdidlərin qarşısının alınmasında çoxmillətli birgə hərbi təlimlərin roluna, bu işdə müttəfiqlərin və dostların fəal iştirakının əhəmiyyətinə diqqət yetirilib.
Baş nazir Gürcüstanın milli müdafiə nazirinə Türkiyənin Gürcüstanın suverenliyinə, ərazi bütövlüyünə və NATO-ya üzvlüyünə davamlı dəstəyinə görə təşəkkür edib.
Görüşdə bölgədəki vəziyyət və təhlükəsizlik məsələləri də nəzərdən keçirilib. Qeyd olunub ki, Gürcüstan tərəfi münaqişələrin yalnız beynəlxalq hüququn əsas prinsip və normalarına uyğun olaraq, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində həll edilməsini alqışlayır və bu yolun alternativi mövcud deyil.
Görüş barədə “Sherg.az”a açıqlama verən Türkiyənin Beynəlxalq "VİZYON” Universitetinin prorektoru, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, professor Hasan Oktay bildirib ki, Gürcüstan Avropa Birliyi ilə Rusiya arasında sıxışmış bir dövlət olaraq qərb qonşusu Türkiyə ilə yaxşı münasibətlərin qurulmasına böyük əhəmiyyət verir:
“Ermənistanla Azərbaycan arasında gedən proseslər istər -istəməz Gürcüstanı da narahat edir. Məlumdur ki, Azərbaycanın Qarabağ problemi kimi Gürcüstanın da Abxaziya və Cənubi Osetiya problemləri var. Eyni zamanda Rusiya ilə münasibətlərində də müsbət bir inkişaf yoxdur. Bu baxımdan Gürcüstan Türkiyə ilə etibarlı qonşu olaraq münasibətlərini, xüsusən də hərbi əlaqələrini inkişaf etdirmək istəyir. Bu mənada Türkiyə ilə bu ölkə arasında hərbi əlaqələr və birgə təlimlərin keçirilməsi çox vacibdir. Gürcüstan bilir ki, Qərbə çıxış üçün ən təhlükəsiz yol Türkiyədən keçir və buna uyğun olaraq da işini davam etdirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi