Gürcüstanda hakimiyyət istəyinə nail oldu
Yusif Nəzərli
07:22 17.11.2021
Siyasət
847
Artıq Saakaşvili sərbəst buraxıla, mülki xəstəxanaya yerləşdirilə bilər
Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin ölkə sərhədini qanunsuz keçməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Siyasətçiyə müvafiq ittiham bir ay bundan öncə irəli sürülüb. Sabiq dövlət başçısı və onun vəkillərinin tələbinə baxmayaraq, M.Saakaşvili məhkəmə iclasına gətirilməyib.
Bu artıq siyasətçinin iştirakı olmadan Tbilisi Şəhər Məhkəməsində keçirilən üçüncü prosesdir. Gürcüstanın Penitensiar Xidmətindən bildirilib ki, məhkumun məhkəməyə aparılması müəyyən risklər doğurur və kütləvi iğtişaşlar yarada bilər. Xatırladaq ki, M.Saakaşvili bu il sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb. Onun ölkəyə gizli yolla gəlməsi ilə bağlı 4 nəfər saxlanılıb. Gürcüstanın üçüncü prezidenti vətənində iki cinayət işi üzrə qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilib, daha üç iş isə baxılma mərhələsindədir.
Məsələyə münasibət bildirən siyasi-şərhçi Turab Rzayev “Şərq“ə açıqlamasında bildirib ki, Gürcüstanda artıq müxalifətlə iqtidar arasında münasibətlər daha da gərginləşəcək. Analitik hesab edir ki, artıq dövlət istəyinə nail olub: “Ola bilsin ki, yaxın müddətdə Mixeil Saakaşvili sərbəst buraxılsın. Çünki hökumətin əsas istəyi seçkilərin birinci və ikinci turunda qələbəni əldə etmək, M.Saakaşvilinin və tərəfdarlarının buna mane olmaması idi. Artıq seçkilər başa çatdığına və ikinci turu təsdiqlədiklərinə görə, düşünürəm ki, onlar "Mişa"dan indi daha az ehtiyat edərlər. Çünki artıq Saakaşvilinin Gürcüstanda əhalini küçəyə çıxarması və mitinqlərin keçirilməsi seçkinin nəticəsinə təsir etməyəcəyək. Artıq seçkilər elan olunub. Ona görə də xarici və ictimai basqı da olsa Saakaşvilini azad edə bilərlər. Əks halda Saakaşvilinin həbsxanada sağlığı pisləşib, vəfat edə bilər”.
T.Rzayev əlavə edib ki, Saakaşvilinin həyatını itirməsi nəticəsində Gürcüstanda qarışıqlıq yarana bilər: “Qərb ölkələri, xüsusilə də Amerika Birləşmiş Ştatları Gürcüstana çox təzyiq göstərə bilər. Bunun qarşısını almaq üçün Gürcüstan rəhbərliyi artıq Saakaşvili ilə bağlı şərtləri yumşaltmalıdır. Bundan qabaq Saakaşvilinin atası, keçmiş və indiki həyat yoldaşı bəyanat vermişdi. Artıq bu, Gürcüstanda getdikcə qaynar bir qazana bənzəyə bilər və hadisələr cızığından çıxa bilər. Ona görə də ola bilsin ki, hökumət yaxın vaxtlarda Saakaşvilini həbsxanadan çıxarmasına və normal xəstəxanaya aparılmasına razılıq verdi. Əks halda düşünürəm ki, Saakaşvilinin həyatını itirməsi Gürcüstanda çox böyük daxili çaxnaşmalara və Gürcüstanın qərb cəmiyyətinin izolyasiyasına gətirib çıxara bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağa qayıdanları yeni iş yerləri gözləyir" - Tural Gəncəliyev
18:53 28.07.2026
Futbol
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm
"İdxal olunan panko zəhərləyə bilər" - Ekspertdən XƏBƏRDARLIQ
16:57 28.07.2026
Sağlamlıq
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
16:41 28.07.2026
Hadisə
Miqrasiya Xidməti yeni qaydanın icrasına başladı
16:33 28.07.2026
Aktual
İtaliya NATO-ya hər il 450 milyon avro ödəyir
16:23 28.07.2026
Dünya
Ermənistanın birinci xanımını bu çıxışından sonra hədələdilər
15:52 28.07.2026
Region
HƏMAS nümayəndə heyəti Misirdə səfərdədir
15:38 28.07.2026
Dünya