Həlqə daralır! – Putin düyməyə basdı:“Rusiya beynəlxalq aləmlə üz-üzə..."
Yusif Nəzərli
09:44 14.02.2022
Siyasət
2049
Rusiya-Ukrayna məsələsi ətrafında həlqə daralır. Şimal qonşumuzun Ukrayna sərhədinə 100 mindən çox hərbçi yerləşdirməsindən sonra vəziyyət daha da kritikləşib. Qərb ölkələri Rusiyanın Ukraynaya hərbi müdaxiləyə hazırlaşdığını iddia etsə də, Kreml bu iddianı rədd edir.ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın Ukraynaya təcavüzünün istənilən vaxt, o cümlədən fevralın 20-də Pekində keçiriləcək Olimpiada başa çatana qədər başlaya biləcəyini bildirib. Oxşar bəyanatla ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan da çıxış edib. O söyləyib ki, ABŞ kəşfiyyat məlumatına görə, Rusiya işğala hava hücumu ilə başlaya, münaqişə zamanı isə hətta Kiyevə hücum edə bilər.
ABŞ milli kəşfiyyatı və ordusu NATO ölkələrini Rusiyanın fevralın 16-da işğala başlaya biləcəyindən qorxduqları barədə məlumatlandırıb.
Bəzi siyasətçilər müharibənin başlamasını mümkünsüz hesab edir.
Görəsən, müharibə başlaya bilərmi? Başladığı təqdirdə Rusiya və Ukraynanı hansı aqibət gözləyir?
"Sherg.az"ın suallarını cavablandıran "Atlas" Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu gedişatın müharibə ehtimalının yüksək olduğunu göstərdiyini vurğulayıb:
"Müharibənin bu dəqiqə başlayacağını demirəm. V. Putin düyməyə basıb, lakin müharibənin tarixi bəlli deyil. Geniş və lokal miqyaslı müharibə baş verə bilər. 2014-cü ildə Krım nümunəsində olduğu kimi Rusiya Donbasa müdaxilə edərək saxta referendum keçirib həmin bölgəni Rusiyaya birləşdirdi. Ukrayna seyirçi qaldı. Əgər bəzi ekspertlər müharibə ehtimalının az olduğunu deyirsə, onlara sual vermək lazımdır. Niyə Rusiya 100 minlik qoşunu sərhəddən geri çəkmir? Çəksəydi, müharibə ehtimalının az olduğunu demək mümkün idi. Deməli, nəyəsə hazırlaşır. Dostları da azdır. Çinə arxayındır. Rusiya prezidenti Vladimir Putinin Pekinə səfəri də bununla əlaqədardır.
Olimpiyada açılışında iştirak etdi ki, Ukrayna müdaxilə etsə, heç olmaya Çin ona dəstək versin. Amma bütün beynəlxalq aləmlə üz-üzə qalacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə