İran Cənubi Qafqazda şok yaşaya bilər - RƏY
21:22 15.10.2024
Siyasət
352
Proseslərin məcrası Tehranı daha çox güzəşt siyasəti həyata keçirməyə məcbur və təşviq edir
"İranın Yaxın Şərqdə üzləşdiyi çətinliklərdən dolayı onun Cənubi Qafqazdakı mövqelərində sarsıntıların müşahidə oluna biləcəyi ehtimalları çoxdur". Bu barədə siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a açıqlamasında deyib. Ekspert bildirib ki, bu səbəbdən İran Cənubi Qafqazda şok yaşamamış Azərbaycanla əlaqələri isti saxlamağa və mövcud geosiyasi şəraitdən, onun gələcəyindən nəsibini almağa çalışır:
"Azərbaycan, İran, Rusiya və Türkiyə dörbucaqlı formatında təsdiqlənmiş nailiyyətlərə imza atmağa səy göstərir. Tehran davamlı şəkildə sərt ritorikadan istifadə etsə, Azərbaycanın maraqları regional və qlobal şərtlərin içərisində irəlilədiyindən Bakı güclü əl kimi İrana qarşı çəkindirmə siyasətini sərtləşdirə bilər. Bu, konseptual şəkildə 2 şərtlə əlaqəlidir. Azərbaycanın stateji müttəfiqi Türkiyə ilə yanaşı, Rusiya, İsraillə əla münasibətləri İranın sponsorluğu ilə həyata keçirilən kəşfiyyat əməliyyatlarını zəiflədir. Azərbaycanın ABŞ başda olmaqla NATO ilə təhlükəsizlik sahəsindəki əməkdaşlıqlarının dərinliyi İranın regionda Bakıya qarşı qazanc əldə etmək potensiallarını məhdudlaşdırır".
A.Kərimova görə, bununla belə, İran Qərblə nüvə danışıqları fonunda Cənubi Qafqaz siyasətində güzəştlər əldə etməyə səy göstərə bilər: "İran, əslində, nüvə danışıqlarının canlanmasını sonrakı addımlarını asanlaşdırmaq üçün istifadəyə çalışır, lakin paralel olaraq proksi ordularını Yaxın Şərqdə qurban verən addımlara da gedə bilər. Lakin İran xarici siyasətindəki radikallıqları yüksəldən müqavimət oxunun tamamilə məğlub olmasında maraqlı deyil. Əksinə, qurbanlar naminə olsa belə, onların yenidən təşkilatlanmasına səy göstərəcək. Bunun siqnallarını ələ fürsət düşən kimi, yenidən əvvəlkindən də qat-qat yüksək səviyyədə Cənubi Qafqazda səsləndirməyə başlayacaq. Ümumilikdə proseslərin məcrası İranı Cənubi Qafqazda daha çox güzəşt siyasəti həyata keçirməyə məcbur və təşviq edir. Çünki İranın mövcudluğu və təsiri indiki zamanda özünün ən böyük ekzistensial problemləri ilə üz-üzədir ki, bunu da ancaq kompromis siyasəti ilə kompensasiya etmək çarə kimi görünür".
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Xəbər lenti
Hamısına bax
Əkbər Qoşalının yazısı Özbəkistanın rəsmi mətbuatında...
17:44 25.08.2026
Aktual
Yerə tökülən pomidorların sirri açıldı - Nazirlikdən açıqlama
17:07 25.08.2026
Sağlamlıq
"Azərxalça" ilə "Azəripək" birləşdirildi - FƏRMAN
16:53 25.08.2026
Gündəm
İş adamından İmamoğluya sərt sözlər: “Haqqımı halal etmirəm”
16:38 25.08.2026
Gündəm
Xamenei Tehrana xəbərdarlıq edən Xatəmini görüşə çağırdı
16:35 25.08.2026
Region
Oman xarici işlər naziri Tehranda Abbas Əraqçi ilə görüşüb
16:33 25.08.2026
Gündəm
Ermənistan və İran Aİİ-İran azad ticarət imkanlarını müzakirə edib
15:21 25.08.2026
Region
Yaponiya, ABŞ və Avstraliya birgə hərbi təlim keçirəcək
15:11 25.08.2026
Dünya
Ötən il 20 mindən çox uşaqlı ailə boşanıb
15:08 25.08.2026
Cəmiyyət
Sabirabadda toyda dava salan şəxs həbs edildi
15:04 25.08.2026
Hadisə
Polşa Rusiya ilə sərhəddə Koreya tankları yerləşdirir
14:19 25.08.2026
Dünya
Uşağınız adına reaksiya vermirsə, diqqətli olun!
14:18 25.08.2026
Sağlamlıq