“İranın təhdidləri rəsmi Bakını qorxuda bilməz”
Yusif Nəzərli
11:04 22.09.2022
Siyasət
729
İran Silahlı Qüvvələrinin baş qərargah rəisi, general-mayor Məhəmməd Baqiri hərbi paradda çıxışı zamanı Azərbaycanı təhdid edib.O, çıxışında Ermənistan sərhədinin dəyişəcəyi təqdirdə İranın sakit oturmayacağını bəyan edib.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev M.Baqirin sözügedən bəyanatı ilə bağlı "Sherg.az"a danışarkən bildirib ki, İran tərəfi belə ikrah doğuran fikirlər səsləndirməzdən öncə öz daxili problemlərini həll etməlidir:
"Azərbaycan-Ermənistan münasibətlərinin üçüncü dövlətə heç bir aidiyyəti yoxdur. İranın ağlı otuz il əvvələ getməsin. Cənub qonşumuz bütün dövrlərdə Ermənistana dəstək verib, islamdan danışa-danışa özü bütün dini qaydaları pozub. Azərbaycan ərazisində ağlasığmaz dağıntılar aparıb.
Rəsmi Tehran hadisələrə belə həssas yanaşırsa, otuz il öncə harda idi? Sərhədlərin dəyişilməsindən bu qədər narazıdırsa, otuz il öncə Ermənistan Azərbaycan ərazilərini işğal edəndə niyə səsini çıxarmırdı? Bunlar bir ara bizim də üzərimizə gəldilər və cavablarını alıb yerlərinə oturdular. İranın təhdidləri rəsmi Bakını qorxuda bilməz. Azərbaycanın özünün yol xəritəsi var.
O, xəritəyə uyğun olaraq özünə lazım olan istədiyi addımları atacaq. Burda İranın nə düşündüyün heç bir önəmi yoxdur. İran zamanında onsuzda bizə kifayət qədər pisliklər edib. İkinci Qarabağ savaşında Gürcüstan öz ərazisindən silahların keçirilməsinə icazə vermədiyi bir vaxtda , rəsmi Tehran minlərlə silahın öz ərazisindən M2 yolu ilə Ermənistana keçirilməsini təmin edib.
Bizim silahlı qüvvələr Zəngilanda onların qarşısını alıb və yubadıb. Yüzlərlə belə fakt saymaq olar. İndi İranın belə hay-küy salmağının bizə heç bir təsiri ola bilməz. Azərbaycanın istənilən dövlətə cavab vermək üçün kifayət qədər imkanları var. Dövlət başçımız da dəfələrlə qeyd edib ki, biz kiminsə hədə-qorxusuna görə öz prinsiplərimizdən əl çəkən deyilik" .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm