
İrəvan qərar verməkdə çətinlik çəkir
23:06 20.06.2024
Siyasət
291
Ermənistan hökuməti bir tərəfdən ABŞ-dan dəstək istəyir, digər tərəfdən Rusiya ilə ipləri qoparmaqdan ehtiyat edir
İsveçrədə Ukrayna ilə bağlı Sülh Forumunda iştirak edən ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ikitərəfli görüşlər çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla fikir mübadiləsi aparıb. Görüşdə Ermənistan-Amerika təhlükəsizlik əməkdaşlığının aspektləri, həmçinin Ermənistanın müdafiə və təhlükəsizliyinin gücləndirilməsində ABŞ-nin dəstəyi müzakirə edilib. Görüşün ardınca Vaşinqtondan İrəvana qısa məzmunlu mesaj göndərilib: “Tərəfinizi seçin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qalıb-qalmamaqla bağlı qərar verin”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, əslində, bu mesajı Ceyk Sallivan Armen Qriqoryana birbaşa da deyib. Onun sözlərinə görə, əgər İrəvan Ermənistanın müdafiə və təhlükəsizliyinin gücləndirilməsində ABŞ-nin dəstəyini müzakirə edirsə, onda Vaşinqtonun tələbini yerinə yetirmək məcburiyyətindədir:

"Tələb isə qətidir: “Məndən dəstək istəyirsənsə, düşmənim Rusiyanın hərbi təşkilatını tərk etməlisən!”. Sallivan böyük ehtimalla Qriqoryana Ermənistanın Azərbaycanla məsələləri sürətlə həll etməyi də tövsiyə edib. Bunu İrəvana səfər edən amerikalı diplomatlar da deyirlər. Vaşinqtonun mövqeyi belədir ki, nə qədər ki Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb, Cənubi Qafqazda sülh və bölgə ölkələri arasında əməkdaşlığın başlanılmasına nail olmaq lazımdır. Vaşinqton Ermənistanın regional layihələrdə iştirakını, Orta dəhlizə qoşulmasını istəyir. Ancaq bunun reallaşması üçün Azərbaycanla Ermənistan arasındakı məsələlər həll olunmalı, Zəngəzur dəhlizi açılmalı, Ermənistan Konstitusiyasında qonşu dövlətlərə ərazi iddialarını əks etdirən bəndlər çıxarılmalıdır".
Analitik hesab edir ki, İrəvan qərar verməkdə çətinlik çəkir: "Ermənistan hökuməti bir tərəfdən ABŞ-dən dəstək istəyir, digər tərəfdən Rusiya ilə ipləri qoparmaqdan ehtiyat edir. Məsələn, Armen Qriqoryan Ukrayna ilə bağlı Sülh Forumunda iştirak etsə də, nə çıxış edib, nə də yekun bəyanata imza atıb. Bu arada, Ceyk Sallivan İsveçrədən birbaşa Hindistana yollanıb. O, Dehlidə Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankarla və hindli həmkarı Adcit Dovalla görüşüb. Bu, Narendra Modi üçüncü dəfə baş nazir seçildikdən sonra yüksəkrütbəli ABŞ rəsmisinin Hindistana ilk səfəridir. Sallivan Qriqoryanla olduğu kimi Subrahmanyam Jaishankarla və hindli həmkarıyla iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın mövcud vəziyyətini müzakirə edib. Hindistan Ermənistan kimi İsveçrədə Sülh Forumunun yekun bəyanatına imza atmasa da, ABŞ ilə strateji əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. ABŞ Sakit Okean bölgəsində Hindistan və digər ölkələrlə birlikdə təhlükəsizlik çəmbərini gücləndirməyə çalışır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm