İrəvan Xankəndi prosesindən çəkilməyə çalışır
İrəvan Xankəndi prosesindən çəkilməyə çalışır
Yusif Nəzərli
22:28 29.12.2021
Siyasət
598
Bu vəziyyət Azərbaycanla daha tez anlaşma ortamı yarada bilər
“Ermənistan Xankəndi və ətrafında yaşayan ermənilərin problemini öz üzərindən tamamilə atmağa çalışır”. Bu barədə ReAL Partiyasının sədr müavini Natiq Cəfərli deyib. Partiya funksioneri deyib ki, rəsmi İrəvan Xankədi və ətrafının de-yure Azərbaycan ərazisi olduğunu anlayır: “Bölgəyə de-fakto Rusiya nəzarət edir, amma Xankəndini və ətrafında yaşayanların maddi təminatını Ermənistan ödəyir. 2022-ci ildə 300 milyon dollara yaxın maddi yardımın göstərilməsi Ermənistan büdcəsində öz əksini tapıb. Paşinyan və komandası onların sözünə baxmayan, daha çox Rusiya və Kremlin sözçülərinə bağlı olan qondarma rejimə pul xərcləmək istəmir. 2022-ci ildə Ermənistan büdcəsi 4 mlrd. dollar olacaq.
Bunun 300 mln. dollarını Araikin dəstəsinə vermək xoş qarşılanmır. Bu vəziyyətin müsbət və mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, Ermənistan Qarabağ prosesindən çəkilərək Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmağı, Gürcüstan üzərindən dolayı yolla Qərbə çıxmaqdansa, Türkiyə üzərindən birbaşa Qərbə çıxış əldə etməyi düşünür.
Bu yolun daha uğurlu olduğuna inanır, çünki son 200-250 il Rusiyanın maşası kimi say və nüfuz itiriblər. İndi Ermənistan cəmiyyətində anti-Rusiya fikirləri çox güclüdür. Paşinyan və komandası özbaşına Qərbyönümlü deyil, onlar cəmiyyətdə olan münasibətin siyasi tərcüməçisidir: “Rəsmi İrəvanın Xankəndi prosesindən çəkilməsi istəyi Azərbaycanla daha tez anlaşma ortamı yarada bilər. Ermənistan Qarabağ məsələsini üzərindən atıb iqtisadi yüksəlişə köklənsə, cəmi 5 ildən sonra büdcəsini 2 dəfə artıra bilər”.
N.Cəfərli məsələnin mənfi tərəflərinə də diqqət çəkib:
“Rusiya Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların Azərbaycana inteqrasiyasında maraqlı deyil, bunu istəmir. Ermənistan prosesdən çəkildikcə Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlılara daha çox yardım, iqtisadi fürsətlər, sosial layihələr təqdim etməklə onları özlərinə bağlayacaq. Bu gün Xankəndidə olan qondarma qurumu de-fakto tanıdığı kimi, münasibətləri daha da dərinləşdirəcək. Günün birində rejimi de-yure tanıya, qondarma qurumun geydirmə “parlamentinin” qərarı ilə orada bir ömür qalması ilə bağlı qərar çıxartdıra bilər. Bu, böyük təhlükədir”.
Oxşar xəbərlər
Paşinyan Rusiya və Avropa İttifaqı arasında həssas tarazlığı qorumağa çalışır - ŞƏRH
20:58 27.07.2026
Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyi vahid indekslər siyahısına əlavə edildi
15:12 27.07.2026
Xəbər lenti
Hamısına bax
Avqustda 4 bürcə pul gələcək
08:20 28.07.2026
Cəmiyyət
Toy bitdi, iş başladı
07:51 28.07.2026
Şou
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya