İrsail-Türkiyə hərbi əməkdaşlığı birdəfəlik dayandırılır? - Şərh
Yusif Nəzərli
13:08 27.07.2023
Siyasət
505
İsrailin müdafiə naziri Yoav Qallant və Türkiyənin milli müdafiə naziri Yaşar Gülər arasında telefon danışığı olub.
Hərbi ekspert Ramil Məmmədli "Sherg.az"a açıqlamasında bildirib ki, İsrail və Türkiyə arasında hərbi-texniki əməkdaşlığın birdəfəlik dayandırılması haqqında səsləndirilən fikirlər əsassızdır:
"Hələ münasibətlər gərginləşmədən əvvəl bu iki ölkə arasında hərbi-texniki əməkdaşlığın istiqamətləri o qədər yüksək səviyyədə inkişaf etmişdi ki, onları birdəfəlik durdurmaq mümkün deyildi. Mən hesab edirəm ki, Türkiyə ilə İsrail münasibətlərin kəskinləşdiyi dövrdə belə üçüncü ölkə üzərindən öz əməkdaşlıqlarını, idxal-ixrac məsələlərini həyata keçirirdilər. İsrailin hərbi-texnoloji imkanları dünyada çox az ölkədə mövcuddur. İsrail bir sıra uğurlara imza atıb və lahiyələr həyata keçirib. İstər pilotsuz uçuş aparatları, aviasiya raketləri, istər hava hücumundan müdafiə sistemlərinin və digər hərbi-texniki avadanlıqların yaradılması istiqamətində uğurlar əldə edib. Onların bu sahadə yenidən əməkdaşlıq etməsi hər iki ölkənin maraqları çərçivəsində olacaq. Bu 10 il ərzində İsrail və Türkiyə arasında münasibətlər soyuq olduğu, açıq əməkdaşlıq istiqamətində layihələr həyata keçirilmədiyi dövrdə Türkiyə müəyyən uğurlara imza atdı".
Ekspert Həmçinin bildirib ki, münasibətlərin əvvəlki kimi olacağı gözlənilmir:
"Mən düşünmürəm ki, hər şey əvvəlki kimi olacaq. Heç əvvəlki kimi olmasına şərait də imkan verməyəcək. Biz bilirik ki, Türkiyə hərbi-texnoloji imkanlarını müstəqil şəkildə inkişaf etdirməyə çalışır. Hər bir halda ümid edək ki, münasibətlər normallaşacaq. İsrail və Türkiyənin ərəb dünyası ilə maraqları eyni səviyyədədir. Hər ikisi ərəb dünyasına nəzarət etmək istəyir. Bu baxımdan ərəb ölkələri ilə bağlı maraqların bölüşdürülməsində Türkiyə və İsrailin əməkdaşlığı mövcud olacaq. Türkiyə ərəb dünyası ilə bağlı İsrail ilə ortaq məxrəcə gələrsə, İran və Rusiyayla münasibətlərində müəyyən problemlər yarana bilər".
Şahanə Tağızadə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət